Dünya

“Wizz Air” şirkəti Azərbaycana uçuşlarını artıra bilər

“Macarıstanın “Wizz Air” şirkətinin Azərbaycana uçuşlarının artırılması üçün imkanlar var”. “Report” xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanla Macarıstan arasında həftədə üç dəfə uçuşlar həyata keçirir. Nazir müavini bildirib ki, Azərbaycan son 20 ildə nəqliyyat infrastrukturuna […]

Dünya

ABŞ kəşfiyyatı İranın hücumuna cavab olaraq İsrailə üç variant təklif etdi

ABŞ kəşfiyyatı İsrailə İranın 13 aprel hücumuna cavab olaraq üç variant təklif edib ki, bunların sırasında kütləvi, dağıdıcı zərbə endirilməsi də var. Belə bir iddia ilə amerikalı jurnalist və Pulitserovski mükafatı laureatı Seymur Xerş özünün “Substack” bloqunda mənbələrə istinadən çıxış edib. İsrail mənbələrinin məlumatına görə, yəhudi dövlətinə təklif edilən ilk cavab variantı vəziyyəti gərginləşdirəcək və İsrailin […]

Dünya

Təbrizdə Ermənistanın baş konsulluğu açılır

Yaxın vaxtlarda İranın Təbriz şəhərində Ermənistanın baş konsulluğu açılacaq. Hökumətin bu gün keçirilən iclasında artıq konsulluğun xərcləri ilə bağlı smeta təsdiqlənib. Qərara əsasən, baş konsulun maaşı 2 565 dollar və ya Tehrandakı səfirin maaşının təxminən 5/6 hissəsi qədər olacaq. Mənbə: Ermənistan KİV Xeberal.az

Dünya

Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib

Fransada “Nestlé Waters” su quyusunun nəcis bakteriyaları ilə çirklənməsi səbəbindən iki milyon şüşə “Perrier” mineral suyunu məhv edib. Bu barədə şirkət bəyanat yayıb. Bildirilir ki, mineral su partiyası ehtiyat tədbiri olaraq məhv edilib. Bundan əvvəl Fransanın Verjez şəhərində şirkətin ərazisindəki suyun bağırsaq çöpü və sineqnoy çöpü ilə bakterial çirklənməsi aşkar edilib. Şəhər rəhbərliyi “Nestle”dən quyunun istismarını […]

Dünya

“Haber Global”da ukraynalı deputatların Vardanyanla bağlı etirazına həsr edilən süjet yayımlanıb – VİDEO

Ukrayna Ali Radasının 18 deputatı özünü Qarabağdakı erməni separatçıların rəhbəri elan etmiş Ruben Vardanyanın Nobel sülh mükafatına namizədliyinə etiraz olaraq parlamentə müraciət ünvanlayıb. Bu barədə “Haber Global” televiziya kanalında yayımlanan süjetdə qeyd olunub. Süjetdə vurğulanıb ki, ukraynalı millət vəkillərinin hazırladığı sənəddə Ukraynada davam edən müharibəni maliyyələşdirən Ruben Vardanyanın Nobel sülh mükafatına namizəd göstərilməsi absurd və qəbulolunmaz […]

Dünya

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı

Bexterev xəstəliyinin müalicəsi üçün nəzərdə tutulan ilk dərman preparatı Rusiyada sınaqdan keçirilib. Bu barədə Rusiya Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Klinik sınaqların nəticələrinə görə, preparat yüksək effektivlik və təhlükəsizlik profilini göstərib. Qeyd edək ki, Bexterev xəstəliyi fəqərəarası oynaqların xroniki iltihabi xəstəliyidir. Nəticədə onurğada ağrı və sərtlik meydana gəlir ki, bu da hərəkətliliyin məhdudlaşdırılmasına səbəb […]

Dünya

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq. Oxu.Az-ın məlumatına görə, kişilərdən Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq) və Yaşar Nəcəfov (66 kq) tatamiyə çıxacaq. Qadınlardan Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Acelya Toprak (57 kq) qüvvəsini sınayacaq. Qeyd edək […]

Dünya

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib.   Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edək ki, Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bir neçə gün əvvəl alyansın bloka […]

Dünya

İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI

“İnsanabənzər robot “Optimus” hələ də “Tesla”nın laboratoriyasında sınaqdan keçirilir, lakin gələn ilin sonunda buraxılmağa hazır ola bilər”. Bu barədə “Tesla”nın baş direktoru İlon Maskın bəyanatına istinadən məlumat yayılıb. “Tesla” dünyada potensial işçi çatışmazlığı və təkrarlanan tapşırıqları yerinə yetirmək üçün insanabənzər robotlar hazırlayan bir neçə şirkətdən biridir. Bu cür maşınlar logistika, anbar, pərakəndə satış və istehsal […]