Dünya

Hyu Cekman əfsanəvi obrazına qayıtdı: Yeni filminin ilk treyleri yayımlandı – FOTO/VİDEO

“Marvel” Hyu Cekmanın iştirakı ilə yeni super qəhrəman sərgüzəştlərinin üçüncü hissəsi olan “Deadpool & Wolverine” (“Deadpool 3”) filminin ilk treylerini təqdim edib. Filmin premyerası iyulun 26-da bütün dünya kinoteatrlarında olacaq. “Deadpool və Wolverine”in süjetinə görə, hökumət birincini kainatı xilas etmək üçün gizli bir missiyaya göndərir və burada o, ilk dəfə yeni tərəfdaşı ilə tanış olur. […]

Dünya

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? – Mütəxəssisdən AÇIQLAMA

Sağlam qalmaq üçün yağlı, şirin və çox duzlu yeməklərdən imtina etmək yaxşıdır. Ancaq iki həftədə bir dəfə zərərli yemək sağlamlığa o qədər də böyük zərər verməz. Bu barədə rusiyalı endokrinoloq və dietoloq Yekaterina Kazaçkova danışıb. O, bildirib ki, rasionda artıq yağ, duz və şəkər ürəyə, damarlara zərər verir, piylənmə riskini artırır. “Ancaq iki həftədə bir […]

Dünya

Paşinyan yenə Rusiyanı ittiham etdi

“Kifayət qədər uzun müddətdir ki, Rusiya Federasiyası Azərbaycanla Ermənistan arasında bərabərhüquqlu siyasət aparır. Məhz Rusiya Federasiyası regionumuzda münasibətlərin şaxələndirilməsi siyasətinə başlayıb”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasında britaniyalı jurnalistlərə müsahibəsində deyib. “Biz müharibəyə hazırlaşmırıq, sülhə hazırlaşırıq, lakin Ermənistanın hücuma məruz qalmayacağına inamı olmadığı üçün biz müdafiəmizi gücləndiririk. Biz sülh gündəmini ardıcıl olaraq […]

Dünya

Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu – VİDEO

“Qarabağdan çıxan Rusiya sülhməramlılarının karvanı Ermənistanın Sünik rayonunun Qoris və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb”. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. “Ermənistan hökuməti vaxtilə Rusiyanın sülhməramlı birləşmələrinə müvəqqəti yerləşdirmə məntəqələri ayırıb. İndi Qarabağdan çıxan sülhməramlılar həmin məntəqələrə qayıdıblar. Rusiya sülhməramlı qoşunları Qarabağı tərk edir. Təbii ki, onlar Ermənistanda da qala bilməzlər. Odur […]

Dünya

Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu

Böyük Britaniya və Almaniyada “Çin casusu” olduğu iddia edilən beş nəfər müəyyən edilib. Britaniya 32 yaşlı Kristofer Berri və 29 yaşlı Kristofer Keşi Çinin xeyrinə casusluqda ittiham edib. Nəzərdə tutulan fəaliyyətlər 2021-ci ilin dekabrından 2023-cü ilin fevralına qədər davam edib. Onların ötürdükləri məlumatların təhlükəsizliyə zərər verə biləcəyi və düşmən üçün faydalı ola biləcəyi deyilir. Keş […]

Dünya

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb – SİYAHI

“Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb”. Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında qeyd edilib. Bildirilir ki, ötən il qlobal müdafiə xərclərinin ümumi həcmi 2,443 milyard dollara çatıb. Ötən il müdafiəyə ən çox pul xərcləyən ilk 10 dövlət arasında ABŞ, Çin, Rusiya, Hindistan, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Almaniya, Ukrayna, Fransa və Yaponiya yer […]

Dünya

Çində təbii fəlakət: 127 milyon insanın həyatı təhlükə altında – VİDEO

Çin Quandun və Sıçuan əyalətlərində baş verən güclü daşqınlar səbəbindən ciddi təbii fəlakətlə üzləşib. Sıçuan əyalətində daşqınlar səbəbindən artıq 80 mindən çox insan təxliyə edilib. Yağan leysan geniş əraziləri su altında qoyaraq hökuməti fövqəladə vəziyyətə cavab planını işə salmağa məcbur edib. Rəsmi məlumatlara görə, təkcə Quandun əyalətində dörd nəfər ölüb, daha on nəfər itkin düşüb. […]

Dünya

Qazaxıstanda daşqına düşmüş kişinin həyatda qalmaq uğrunda mübarizəsi – VİDEO

Qazaxıstanın qərbində yerləşən Uralsk bölgəsində davam edən daşqınlar yerli sakinlərin həyatını təhlükə qarşısında qoyub. İnternetdə yayılan videoda daşqına düşmüş bir kişinin həyatda qalmaq uğrunda mübarizəsini əks etdirən kadrlar yayılıb. Məlumatda, həmçinin qeyd olunur ki, Uralska daşqınların ikinci dalğasının gəlməsi ilə əlaqədar su basmış ərazilərdə təxliyə və axtarış-xilasetmə işləri davam etdirilir. Mənbə: Sputnik Qazaxıstan Xeberal.az

Dünya

İranda iki ildə yoxsulların sayı səkkiz milyon nəfər artıb – FOTO

İranda iki il ərzində ölkənin yoxsul təbəqəsinə səkkiz milyon nəfər əlavə olunub. Bu barədə “Azad İran” “Telegram” kanalı İran parlamentinin Tədqiqat Mərkəzinin hesabatına istinadən xəbər verib. Bildirilir ki, 2017-2019-cü illərdə ölkədə yoxsulların sayı 10% artmaqla 20%-dən 30%-ə yüksəlib. Həmin dövrdən bəri bütün ayrılan xərclərə baxmayaraq yoxsulluq göstəricisi 30% olaraq qalıb. “İllik dövlət büdcəsindən yoxsulluqla mübarizə üçün […]

Dünya

Eminem ayıq həyat tərzinin 16 ilini qeyd edib – FOTO

Eminem 16 ildir ki, ayıq və sağlam həyat tərzi keçirir. Musiqiçi alkoqol və narkotik maddələrdən imtina edib. O, sosial şəbəkələrdə alkoqoldan və narkotik maddələrdən imtina etməsinin hər ildönümü üçün aldığı yeni “təmizlik nişanı”nı paylaşıb. Reper 2007-ci ildə həkimlərin çətinliklə onu xilas edə bildiyi o taleyüklü günü yenidən xatırladıb. Musiqiçi bir dəfəyə 80-ə yaxın həb qəbul […]