Dünya

“Google”un hələ təqdim edilməmiş smartfonu satışa çıxarılıb – VİDEO

Sharing is caring!




“Google”un hələ təqdim edilməmiş “Pixel 8a” subflaqman smartfonu Mərakeş mağazalarında satışa çıxarılıb.

Smartfonun tam təqdimatı yalnız mayın 14-də keçiriləcək “Google I/O 2024” konfransında baş tutacaq. Bununla belə, “Pixel 8a” artıq Kasablankada satılır. Onun “8/128 GB” versiyasının qiyməti 4750 Mərakeş dirhəmidir (təxminən 797 manat). Cihazın mavi və yaşıl rəng seçimləri mövcuddur.

Qutuda “Pixel 8a” smartfonundan əlavə enerji toplama kabeli, USB-C-dən USB-A-aya portları olan keçidi və SIM-kart qabını çıxarmaq üçün istifadə edilən sancaq var.

Qeyd olunur ki, “Google Pixel 8a” 1080×2400 piksel ölçülü 6,1 düymlük OLED displeyə və 1400 nit pik parlaqlığa,120 Hz yeniləmə tezliyinə malik olacaq. Cihazın işi “Google”un xüsusi flaqmanı olan “Tensor G3” çipi, həmçinin 8 GB operativ yaddaş və 128 və ya 256 GB yaddaş ilə idarə olunacaq.

Mənbə: “Equal Leaks” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir