Cəmiyyət

Bakıda İran vətəndaşı idarə etdiyi yük maşını ilə piyadanı vuraraq öldürüb

Bakıda İran vətəndaşı idarə etdiyi yük maşını ilə piyadanı vuraraq öldürüb. APA xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Karvansaray” Ticarət Mərkəzinin həyətində İran İslam Respublikası vətəndaşı, 1975-ci il təvəllüdlü Mansoor Aziz oğlu Afrooz idarə etdiyi “DAF XF480FT” markalı yük avtomobili hərəkətdə olarkən avtomobilin sağ tərəfindən sol tərəfinə keçən piyada 1985-ci il təvəllüdlü […]

Cəmiyyət

DİN: Cari ilin üç ayında paytaxt yollarındakı qəzalar zamanı 33 nəfər ölüb

Paytaxt ərazisində cari ilin yanvar, fevral və mart aylarında ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 90 fakt, qəza nəticəsində ölənlərin sayı 33 nəfər, xəsarət alanların sayı isə 72 nəfər olub. Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin 2024-cü ilin üç ayı ərzində paytaxt ərazisində qeydə alınmış yol-nəqliyyat hadisələri ilə bağlı […]

Cəmiyyət

Pirallahıda avtomobil 54 yaşlı velosipedçini vurub

Pirallahı rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, 1970-ci il təvəllüdlü Azər Cəfər oğlu Abbasəliyevin idarə etdiyi velosiped avtomobillə toqquşub. Hadisə zamanı xəsarət almış A.Abbasəliyev təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin çoxsaylı əziyi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Dəmiryol keçidlərində sürücü diqqətsizliyi dörd nəfərin xəsarət almasına səbəb olub – FOTO

Dəmiryol keçidlərində sürücü diqqətsizliyi, bu gün iki qəzaya səbəb olub. Oxu.Az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin verdiyi məlumata görə, 16 aprel saat 00:28-də ADY-yə məxsus yük qatarı Qala stansiyasında hərəkətdə olarkən 10-EK-522 dövlət qeydiyyat nişanlı VAZ-2106 markalı avtomobil xəbərdarlıq nişanlarına məhəl qoymadan dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb. Toqquşma nəticəsində avtomobilin sürücüsü və […]

Cəmiyyət

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır

Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır. “Report” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Portal.edu.az vasitəsilə Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara doktorantura üzrə qəbul olmaq istəyənlər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edib, cari status və növbəti […]

Cəmiyyət

Buzovnada 58 yaşlı kişini avtomobil vurub

Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, Buzovna qəsəbəsində avtomobil yolu keçən 1966-cı il təvəllüdlü İlham Xalıq oğlu Məmmədovu vurub. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar – FOTO

Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Baloğlan İsmayılov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, üzərindən marixuana aşkarlanan şəxs narkotik vasitəni Azər adlı həmyerlisindən aldığını bildirib. Davam etdirilən tədbirlər nəticəsində B.İsmayılova narkotik vasitəni satan Naftalan şəhər sakini Azər Rüstəmov da saxlanılıb. Üzərindən marixuana aşkar edilən A. […]

Cəmiyyət

1500-ə yaxın ailənin məskunlaşdığı ərazidə heç bir küçənin adı yoxdur – VİDEO

Bakıda təəssüf ki, hələ də evlərinin ünvanı, adı bəlli olmayan küçələr mövcuddur. Xezerxeber.az-ın məlumatına görə, söhbət Bakının Suraxanı rayonunda yerləşən, sakinlər arasında Qum adası adlandırılan ərazidən gedir. Burada yaşayanlar bildirirlər ki, küçənin adı, evlərin ünvanı olmadığı üçün xeyli problemlə qarşılaşırlar. Onların sözlərinə görə, 1500-ə yaxın ailənin məskunlaşdığı ərazidə heç bir küçənin adı yoxdur. Eyni problem […]

Cəmiyyət

Qubada qədim türk kəndi: Sakinləri Anadolu ilə nə bağlayır? – VİDEO

Qubanın Susay kəndi Şahdağın ətəyində, çay kənarında su bol olan ərazidə salınıb. Bu kənddə 400 il əvvəl tikilən evlər mövcuddur. Hətta bəzi evlər çay daşlarından hazırlanıb. Kənd sakini Bəhlul Mərdanov deyir ki, bura qədim türk kəndidir, ləhcəmiz isə Türkiyənin Anadolu bölgəsi ilə yaxındır. Ətraflı “AzTV Xəbər”in süjetində: Xeberal.az

Cəmiyyət

Biləsuvarda nömrəsiz motosiklet sürdü: 15 günlük həbs edildi

Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində “İJ” markalı nömrəsiz motosikletini sürən şəxs həbs edilib.  Qaynarinfo-nun məlumatına görə, 1965-ci il təvəllüdlü Cabbar Səlifov (ad-soyad şərti) 15 aprel 2024-cü il tarixdə, saat 11 radələrində “İJ” markalı motosikletini kənddə idarə edərkən Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində rayon polis şöbəsinin yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.  Xidmət əməkdaşları motosikleti dövlət qeydiyyat […]