Cəmiyyət

Dəmiryol keçidlərində sürücü diqqətsizliyi dörd nəfərin xəsarət almasına səbəb olub – FOTO

Sharing is caring!




Dəmiryol keçidlərində sürücü diqqətsizliyi, bu gün iki qəzaya səbəb olub.

Oxu.Az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin verdiyi məlumata görə, 16 aprel saat 00:28-də ADY-yə məxsus yük qatarı Qala stansiyasında hərəkətdə olarkən 10-EK-522 dövlət qeydiyyat nişanlı VAZ-2106 markalı avtomobil xəbərdarlıq nişanlarına məhəl qoymadan dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb. Toqquşma nəticəsində avtomobilin sürücüsü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya yerləşdiriliblər. 

Digər bir hadisə isə saat 04:50-də Əmircan stansiyasında baş verib. Dövlət qeydiyyat nişanı 77-DV-564 olan “Toyota Prius” markalı avtomobilin (taksi) sürücüsü idarəetməni itirərək Əmircan stansiyasında yerləşən qorunan dəmiryol keçidinin şlaqbaumunun dayağına dəyərək hasara çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.

Qeyd edək ki, ADY nəqliyyat vasitələrinin sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır.  Qaydaları pozan sürücülər sadəcə 100 manat məbləğində cərimələnmir, özünün və sərnişinlərin həyatını da riskə atırlar.

Əzizə İsmayılova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir