Cəmiyyət

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar – VİDEO

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürətli elektrik qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapısının şüşəsi sındırılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bu hal qatarın hərəkətində gecikməyə və sərnişinlərin narahatlığına səbəb olub. Məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən […]

Cəmiyyət

AQEM-in baş katibi: “COP29-da qəbul ediləcək qərarlar təşkilat daxilində inkişaf edəcək”

“COP29-da qəbul ediləcək qərarlar təşkilat daxilində inkişaf edəcək”. “Report” xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbay brifinqdə deyib. “Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə biz COP29 və AQEM çərçivəsində keçiriləcək mühüm tədbir, yəni Xarici İşlər Nazirləri Şurası arasında əməkdaşlıq yaradılmasına çalışacağıq”, – deyə o vurğulayıb. […]

Cəmiyyət

Bakının əsas avtomobil yollarından biri üç gün bağlı olacaq – FOTO

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) aparılacaq təmir işləri ilə əlaqədar olaraq 19 aprel saat 08:00-dan 21 aprel saat 22:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan […]

Cəmiyyət

Goranboyda maşınlar toqquşdu, yaralılar var

Goranboyda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub. “Report” xəbər verir ki, Goranboy şəhərinin çıxışında iki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü İ.Səfərov, 1993-cü il təvəllüdlü E.Quliyev, 1992-ci il təvəllüdlü E.Yaqubov və 1981-ci il təvəllüdlü E.Həsənəliyev xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Həkimlər onların vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək

“Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb”. “Report” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib. AQTA sədri bildirib ki, yaxın günlərdə həmin zənginləşdirmə proseduru həyata […]

Cəmiyyət

İmtahanda rekord sayda MAKSİMUM NƏTİCƏ – Suallar daha asan idi, yoxsa…

Ötən gün martın 10-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub. Məlum olub ki, 50-dən artıq məzun maksimum – 300 bal toplayıb. Nəzərə alaq ki, son illərdə belə bir uğura rast gəlinməyib. Bəs builki buraxılış imtahanında rekord səviyyədə məzunun uğur qazanmasının  səbəbi nədir? Sualların asanlaşması, yoxsa təhsilin səviyyəsinin yüksəlməsi? Mövzuya təhsil üzrə ekspert Kamran Əsədov aydınlıq gətirib. […]

Cəmiyyət

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

Yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən şənbə günü, aprelin 20-də paytaxtda ümumşəhər iməcliyi və ağacəkmə aksiyası keçiriləcək. Bu barədə Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, BŞİH paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırır. “Bununla da […]

Cəmiyyət

31 yaşlı kişi tövlədə özünü asdı

Siyəzəndə 31 yaşlı şəxs intihar edib. Lent.az xəbər verir ki, hadisə Siyəzən rayonu, Beşdam kəndində qeydə alınıb. Bakı şəhər sakini olan, lakin Beşdam kəndində yaşayan 1993-cü il təvəllüdlü Kamran Səfərov olduğu evin tövləsində iplə özünü asaraq intihar edib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Beş aylıq körpə ağır yanıq xəsarətləri alıb: Dəstəyə ehtiyacı var – FOTO

Beş aylıq körpə Amin ağır yanıq xəsarətləri alıb. Bu barədə Oxu.Az-a onun anası Aytən Sleptsova məlumat verib. Gənc ana övladının ehtiyatsızlıq ucbatından yandığını bildirib: “Amin 2023-cü ilin dekabr ayında dünyaya gəlib. Aminin autizm xəstəliyindən əziyyət çəkən bacısı var. Martın 10-da o bilmədən termosu Aminin üzərinə dağıdıb. Həmin gün biz xəstəxanaya yollandıq, bir müddət orada müalicə […]

Cəmiyyət

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar – FOTO

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Lerik rayonu ərazisindəki evlərdən birindən gecə saatlarında naməlum şəxslərin gitara, saz və məişət əşyaları oğurlaması barədə polis məlumat daxil olub. Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Elariz […]