Cəmiyyət

DYP: “Əlilliyi olan şəxsin sürücülük hüququ olmadığı müəyyən edildi” – VİDEO

Hərəkət iştirakçıları arasında haqlı narazılıq doğuran, eləcə də əhali arasında kəskin qınaq obyektinə çevrilən kobud qayda pozuntularından biri kimi avtomobillərin dövlət qeydiyyat nişanları olmadan idarə edilməsi hallarına qarşı aparılan mübarizə tədbirləri davam etdirilir.  Növbəti tədbir zamanı Baş DYP İdarəsinin əməkdaşları tərəfindən nömrə nişanları olmadan idarə olunan nəqliyyat vasitəsi saxlanılıb, araşdırma zamanı avtomobili idarə edən əlilliyi olan şəxs […]

Cəmiyyət

Yeni Yasamalda təhlükə saçan köhnə liftlə bağlı rəsmi AÇIQLAMA – FOTO/VİDEO

“Bakının Yeni Yasamal rayonundakı Dadaş Bünyadzadə 8 ünvanında yerləşən binanın sözügedən lifti bizim balansımızda deyil”. Bu açıqlama Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı “Lifttəmir” İstehsalat Birliyindən verilib. Qeyd olunub ki, Dadaş Bünyadzadə 8 ünvanında yerləşən bina kooperativ bina olduğu üçün sözügedən lift qurumun balansında deyil. Bakı “Lifttəmir” İstehsalat Birliyi yalnız dövlət mənzil fonduna aid olan binalarda quraşdırılan liftlərə xidmət edir. Xatırladaq […]

Cəmiyyət

Azərbaycan və Türkiyə hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıb – FOTO

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşavirliyinin nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən Oxu.Az-a məlumat verilib. Bildirilib ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyası ilə bağlı […]

Cəmiyyət

Qarabağ Universitetində fəlsəfə doktoru üzrə doktorantlar təhsil alacaqlar

Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların siyahısı genişlənib. Oxu.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, siyahının Elm və Təhsil Nazirliyi üzrə bölməsinə “Qarabağ Universiteti – fəlsəfə doktoru üzrə” bəndi əlavə edilib. Xeberal.az

Cəmiyyət

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb. Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi aprelin 2-dən […]

Cəmiyyət

Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə – VİDEO

“Hazırda Xocalı şəhərində, Malıbəyli kəndində, həm də Xankəndidə məktəb infrastrukturu ilə bağlı işlərimiz gedir”. Bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan, Vüsal Mətləbin müəllifi olduğu “Sözümüz imzamızdır” verilişində deyib. Nazir bildirib ki, bölgələrimizin bir çoxunda müasir məktəblər tikilir: “Təxminən hər il biz 60-80 məktəb təhvil veririk. Düşünürəm ki, bu məktəblər uzunmüddətli qaydada həm […]

Cəmiyyət

Gəncədə 37 yaşlı kişi itkin düşüb – FOTO

Gəncədə 37 yaşlı kişi itkin düşüb. Bu barədə APA-nın yerli bürosuna onun ailə üzləri məlumat veriblər. Onlar bildiriblər ki, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Osman Həsənovla aprelin 14-dən əlaqə saxlaya bilmirlər. Osman Həsənovun Nizami məqbərəsi yaxınlığında “Mercedes Vito” markalı mikroavtobusdan düşdüyü, naməlum istiqamətə gedərək itkin düşdüyü bildirilir. Osman Həsənov ailəlidir, bir övladı var. Xeberal.az

Cəmiyyət

Sükanı titrəyən avtobusla bağlı rəsmi AÇIQLAMA – VİDEO

Tərtər-Bakı xətti üzrə hərəkət edən sərnişin avtobusunda təhlükəli anlar yaşanıb.  “Qafqazinfo”nun məlumatına görə, sosial şəbəkələrdə yayılan videodan aydın olur ki, magistralda hərəkətdə olarkən avtobusun sükanı qəfil titrəməyə başlayıb.   Təhlükəli vəziyyətə baxmayaraq, sürücü avtobusu yol kənarında saxlamağa nail olub. Hadisə zamanı xəsarət alan olmasa da, vəziyyət vətəndaşları ciddi narahat edib. Videoya şərh verən izləyicilər bu və […]

Cəmiyyət

Azərbaycanda nə qədər insan taksidən istifadə edib?

Azərbaycanda taksidən istifadə edən sərnişinlərin sayı açıqlanıb. Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, 2024-cü ilin yanvar-mart aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 30,4 milyon ton yük, 396,7 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə, müvafiq olaraq 7,2 faiz və 7,5 […]