Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb – VİDEO

Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 17-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 7 tüfəng, 1 qumbara, 6 alışdırıcı, 17 patron darağı, 850 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Xeberal.az

Cəmiyyət

Bakıda bəzi sahibkarların içməli suyu talaması müəyyən olunub – FOTO/VİDEO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi əməkdaşlarının Suraxanı rayonunda keçirdiyi nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə içməli sudan qeyri-qanuni istifadə halları aşkarlanıb. Bu barədə Oxu.Az-a agentlikdən bildirilib. Vurğulanıb ki, Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsində yeni tikilmiş apartman tipli binanın su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, binanın su təchizatı sisteminə qoşulmaq üçün texniki şərti […]

Cəmiyyət

Bakıda marketdən minlərlə manatlıq spirtli içki oğurlanıb – FOTO/VİDEO

Paytaxtın Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif vaxtlarda 8000 manat dəyərində spirtli içki oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyindən Oxu.Az-a bildirilib. Vurğulanıb ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən paytaxt sakini əvvəllər oğurluq, soyğunçuluq və narkotik cinayətlərinə görə məhkum olunmuş Rasim Abdullayev saxlanılıb. […]

Cəmiyyət

Zəngilanda silah-sursat aşkarlanıb

Zəngilanda silah-sursat aşkar edilib. Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsinə Ağalı kəndində silah-sursat tapılması barədə məlumat daxil olub. Həmin əraziyə keçirilən baxış zamanı bir avtomat, iki daraq və 43 patron aşkar edilib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Paytaxtın nisbətən kənar yollarında yerləşən işıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib. Oxu.Az xəbər verir ki, müraciətdə bildirilib: “Bakı şəhərinin mərkəzi küçə və prospektlərində olan işıqforlar birbaşa Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunur və müşahidə kameraları vasitəsilə yollara nəzərət edilir. İşıqforların iş rejimində problem yarandıqda kameraların köməyi ilə qeydə alınır və aradan qaldırılması […]

Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”. “Report” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. Onun sözlərinə görə, 13 məktəbin təmir-tikintisi davam edir, ikisi yekunlaşıb, altısının isə təmir-tikintisinə başlanılacaq. “Bundan başqa, azad olunan […]

Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”. “Report” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. Onun sözlərinə görə, dəqiq tarix məlum olmasa da, Bakıdakı imtahanla bir-iki gün fərqi ilə baş tutacaq: “Bundan başqa, Naxçıvanda ilk […]

Cəmiyyət

Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi – AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların ödənilməsinin yubanması iddiaları ilə bağlı açıqlama yayıb. “Qafqazinfo” xəbər verir ki, fondun mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. “Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Belə ki, pensiyaların ödənişində hər hansı bir gecikmə yoxdur. Respublika üzrə […]

Cəmiyyət

Agentlik rəhbəri 4-cü sinfi bitirən şagirdlər üçün “Son zəng” keçirilməsinə MÜNASİBƏT BİLDİRDİ

“4-cü sinfi bitirən şagirdlər üçün “Son zəng” keçirməsi valideynlərin təşəbbüsü ola bilər”. “Report” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. Onun sözlərinə görə, agentlik məktəblərə belə tapşırıq verməyib: “4-cü siniflərin “Son zəng” keçirməsi valideynlərin təşəbbüsü ola bilər. Məktəbdənkənar keçirilən tədbirlərə müdaxilə edə bilmərik”. […]