Cəmiyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən təbiətsevərlərə çağırış – FOTO

Ağcabədi və Beyləqan rayonlarında yaradılmış Ağgöl Milli Parkı ölkəmizin ən zəngin biomüxtəlifliyə malik xüsusi mühafizə olunan təbiət ərazilərindən biridir və unikal təbii landşaftı ilə daim diqqət mərkəzindədir. Parkın daha bir özəlliyi isə yaz fəslində gözoxşayan laləli çəmənliyin ecazkar mənzərəsidir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, Ağgöl Milli Parkında lalələr hər […]

Cəmiyyət

Yüksək nəticələr də çoxdur, qəbul yerləri də: İmtahanda keçid balları necə olacaq? – FOTO

“Qəbul yerlərinin artması keçid ballarının çox qalxmasına imkan verməyəcək. Ötən ilə nisbətən bu il abituriyentlərin sayında azalma müşahidə olunmur”. Bunu son həftələrdə keçirilən buraxılış imtahanlarında şagirdlərin yüksək nəticə əldə etməsinin qəbul imtahanlarında keçid ballarına mümkün təsirini Oxu.Az-a şərh edərkən təhsil üzrə ekspert Elşən Qafarov bildirib. Onun sözlərinə görə, ümumilikdə, bu il buraxılış imtahanında 53 nəfərin […]

Cəmiyyət

Xankəndi yolundakı qəzada ağır xəsarət alan PFL-in prezidenti: “Gəzə bilmirəm” – MÜSAHİBƏ

“Əfsuslar olsun ki, gəzə bilmirəm. Reabilitasiya davam edir. Yaxın zamanda ayağa qalxmağa çalışacağam”. Bunu ötən ilin sonlarında Xankəndi yolunda qəzaya düşərək ağır xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov AZƏRTAC-ın suallarını cavablandırarkən deyib. Həmin müsahibəni təqdim edirik: – 2023-cü il 16 dekabr… Bu tarix yaddaşınızda necə qalacaq? – Bu tarix bir tərəfdən ağır […]

Cəmiyyət

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Füzuli şəhərində səyyar müayinələr təşkil edib – FOTO

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında müxtəlif istiqamətlərdə tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyaların keçirilməsini davam etdirir. Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir görkəmli alim oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunub. Səhiyyə Nazirliyi akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar […]

Cəmiyyət

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. “Qaynarinfo” xəbər verir ki, iddiaçı Nazim Fərrux oğlu Əmirovdur. Onun iddia tələbi torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməyib. Nazim Əmirov apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır. İş hakim Fuad Məmmədovun icraatındadır. Mayın 7-nə iş […]

Cəmiyyət

Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı – FOTO

Bakının Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının həyətində yerləşən müxtəlif sexlərdə kustar üsullarla saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkar edilib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Xidmətin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən bildirilib ki, həmin ünvanda Baş idarə tərəfindən həyata keçirilən operativ nəzarət tədbiri zamanı müxtəlif ticarət […]

Cəmiyyət

Şirvan kanalının əhəmiyyəti göz önündə olacaqdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verib. Qeyd edək ki, 1958-ci ildə istifadəyə verilən və ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı […]

Cəmiyyət

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

Yuxarı Şirvan kanalı — 1958-сi ildə istismara verilmiş, Mənbəyini Mingəçevir su anbarı və Kür çayından götürən, uzunluğu 123,5 km olan suvarma kanalı. Yuxarı Şirvan kanalının layihələndirilməsinə başlanıldı. Tələb olunan müddətlərdə kanalların layihə tapşırıqları və işçi cizgiləri hazırlandı. Yuxarı Şirvan kanalı suyu Xanabat bəndindəki baş qurğudan alır. Su qəbul edilən yerdə kanalın dib yüksəkliyi 65,33 m-dir. Anbardan baş qurğuya su nəql edən kanalın uzunluğu […]

Cəmiyyət

Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu

Sumqayıtda sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümlə nəticələnən qəzanın iştirakçısı olan 25 yaşlı L.Süleymanovanın məhkəməsi başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. İttihamda deyilir ki, L.Süleymanova BMW markalı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq VAZ-21011 markalı avtomobilə çırpılıb. Qəzanın təsirindən VAZ-ın sürücüsü Asim Məmmədov hadisə yerində ölüb. L.Süleymanovaya […]

Cəmiyyət

“Xəzər TV”nin məşhur verilişi bağlanacaq

Xəzər Televiziyası may ayından “Təsir dairəsi” verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. Bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib. “Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayının ortalarından “Təsir dairəsi” verilişinin efir vaxtının yarım saat azaldılmasını planlaşdırırıq. Növbəti televiziya ilindən isə, güman ki, sözügedən […]