Cəmiyyət

Abşeronda iki maşın toqquşub: Xəsarət alanlar var – FOTO

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Saray qəsəbəsindən keçən hissəsində qeydə alınıb. “Ford” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Hər iki avtomobil yararsız vəziyyətə düşüb. Hadisənin səbəbi araşdırılır. Xeberal.az

Cəmiyyət

Bakıda iki mərkəzi yolda təmirlə bağlı sıxlıq yaranıb – FOTO

Bakıda iki mərkəzi yolda təmirlə bağlı sıxlıq yaranıb. Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Məlumata görə, Nərimanov rayonu, Heydər Əliyev prospekti, Heydər Əliyev Mərkəzinin qarşısında və Ziya Bünyadov prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində yolda təmir işləri aparılır. Bu səbəbdən də hər iki prospektdə, mərkəz və […]

Cəmiyyət

Azərbaycanda qoyun və keçilərin sayı azalıb – Ən çox olduğu RAYONLAR + FOTO

Azərbaycanda qoyunların, keçilərin və donuzların sayı azalıb. Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu ilin əvvəlində qoyunların sayı ölkə üzrə 6,6 milyon, keçilərin sayı 419 min, donuzların sayı 4 828 baş təşkil edib. Ən ciddi azalma keçilərin sayında müşahidə edilib. 2022-ci illə müqayisədə ölkəmizdə keçilən sayı 161 min baş və ya 27,7% azalıb. […]

Cəmiyyət

Diplomu tanınmayan universitetlərin siyahısı AÇIQLANACAQ

“Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomu tanınmayan universitetlərin siyahısını və diplomların hansı səbəbdən tanınmaması ilə bağlı müvafiq ekspertiza nəticələrini saytında yayımlayacaq”. “Report” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sədri Tural Əhmədov Medianın İnkişafı Agentliyi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin media nümayəndələri üçün birgə keçirdiyi tədbirdə deyib. Onun sözlərinə […]

Cəmiyyət

Bayram günlərində fəaliyyət göstərəcək banklar açıqlanıb – SİYAHI

10-14 aprel 2024-cü il tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər. Bu barədə Azərbaycan Mərkəzi Bankından Oxu.Az-a bildirilib. “Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 17 bankın 126 satış nöqtəsi (o cümlədən, […]

Cəmiyyət

Şəmkirdə usta işlədiyi evdə ölüb

Şəmkirdə usta işlədiyi evdə ölüb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən ikimərtəbəli evin damında işləyən 1954-cü il təvəllüdlü Azər Heydərovun naməlum səbəbdən öldüyü bildirilir. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. İlkin ehtimala görə, A.Heydərov ürək çatışmazlığından ölüb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Tovuzda bazarda yoxlama aparıldı: Nöqsanlar aşkarlandı – FOTO

Tovuz şəhəri, M.Musayev küçəsində yerləşən, hüquqi şəxs “Tovuz Taxıl” MMC-yə məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama aparılıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Oxu.Az-a məlumat verilib. Bildirilib ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, istehlaka yararsız ərzaq məhsullarının zərərsizləşdirilməsi üçün […]

Cəmiyyət

FHN bayramda gücləndirilmiş rejimdə çalışacaq

Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Oxu.Az xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı imzaladığı əmrə əsasən, Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və […]

Cəmiyyət

“ASAN xidmət” qeyri-iş günlərində hansı qrafiklə çalışacaq? – AÇIQLAMA

Ramazan bayramı ilə əlaqədar “ASAN xidmət” mərkəzlərinin qeyri-iş günlərində iş qrafiki müəyyən edilib. Bu barədə Oxu.Az-a “ASAN xidmət”dən məlumat verilib. Bildirilib ki, Ramazan bayramı ilə əlaqədar 10, 11, 12 aprel tarixlərində “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq. 13 aprel tarixindən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər. Könül Cəfərli Xeberal.az

Cəmiyyət

Şəhid anası vəfat etdi – FOTO

Vətən müharibəsi şəhidi gizir Faiq Vəlizadənin anası dünyasını dəyişib. Oxu.Az xəbər verir ki, şəhidin anası Göyçək Hacıağayeva Zərdab rayonunda xəstəlik səbəbindən vəfat edib. Qeyd edək ki, 1997-ci il təvəllüdlü Faiq Vəlizadə 2020-ci ilin oktyabrın 17-də Suqovuşan istiqamətindəki döyüşdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Xeberal.az