Cəmiyyət

İctimai yerlərdə açıq-saçıq geyinmək: “Bizə çox şey deyirlər, amma ciddiyə almırıq” – VİDEO

Sosial şəbəkələrdə gənc xanımın açıq-saçıq geyiminə görə mağazadan qovulduğunu əks etdirən görüntülər yayılıb. Video insanlar tərəfindən birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı Baku TV paytaxt sakinləri arasında sorğu keçirib. Gənc müsahib bildirib ki, geyimə görə bizə çox şey deyirlər, amma ciddiyə almırıq. Ətraflı süjetdə: Xeberal.az

Cəmiyyət

Səhiyyə naziri işğaldan azad edilmiş ərazilərdə tikiləcək tibb müəssisələri barədə danışdı

“İşğaldan azad edilmiş ərazilərdə səkkiz rayon xəstəxanasının, səkkiz ailə sağlamlıq mərkəzinin və 84 həkim tibb məntəqəsinin inşası nəzərdə tutulub”. Bunu Səhiyyə naziri Teymur Musayev REAL TV-də yayımlanan “Mir Şahinin vaxtı” verilişində deyib. Onun sözlərinə görə, erməni işğalından azad edilmiş ərazilərdə mərhələli şəkildə yenidənqurma işlərinə başlanılıb: “Yenidənqurma deyəndə səhiyyə infrastrukturunun yenidən qurulmasını nəzərdə tuturuq. “Böyük Qayıdış” […]

Cəmiyyət

Bakıda toydan çıxan rəqqasə qəzaya uğrayıb – FOTO

Bakının Xətai rayonu, Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, Jalə Hüseynova rəqqasə kimi işlədiyi yaxınlıqdakı şadlıq sarayından çıxaraq KIA markalı avtomobilinə əyləşib. Bu zaman onun avtomobilinə eyni istiqamətdən gələn KIA markalı maşın çırpılıb. Daha sonra həmin avtomobil yol ayrıcındakı nişana çırpılaraq dayanıb. Qəza törədən sürücü xəsarət alıb. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb […]

Cəmiyyət

Dünyada 12 ədəd olan avtomobil: Bir dəfə batareyanı doldurursan… – VİDEO

Baku TV-nin “Autograph” verilişinin ilk buraxılışı efirə gedib. Məşhur avtobloqer Natiq Zərbəli və Ayna Zərbəliyevanın aparıcılığı ilə yayımlanan verilişdə avtomobillərlə bağlı ən son yeniliklərdən bəhs olunub. Proqramda Cenevrə Beynəlxalq Avtomobil Sərgisində nümayiş edilən avtomobillər haqqında maraqlı faktlardan danışılıb. Həmçinin qeyd edilib ki, bu avtoşouda ənənəvi olaraq Avropada ilin ən yaxşı avtomobili seçilir. Budəfəki müsabiqədə isə […]

Cəmiyyət

Dördüncü mərtəbədən düşərək faciəvi şəkildə ölən dördaylıq Aylanın FOTOLARI

Ötən gün Bakıda çoxmərtəbəli binadan düşərək hadisə yerində ölən körpənin sosial şəbəkələrdə görüntüləri yayılıb. Oxu.Az bədbəxt hadisənin qurbanı olan Aylanın fotolarını təqdim edir: Məlumat üçün bildirək ki, hadisə Bakının Sabunçu rayonunda “Ramana sovxozu” adlanan ərazidə qeydə alınıb. Dördaylıq körpə ehtiyatsızlıq nəticəsində Ayla Tural qızı Eyvazlı anasının qucağından düşərək həlak olub. Dörd aylıq körpə qız uşağının ölməsi faktı […]

Cəmiyyət

Bakıda təhlükəli ANLAR: Ağac avtobusun üzərinə aşdı – VİDEO

Bakıda axşam saatlarında irigövdəli ağac “Baku Bus” MMC-yə məxsus avtobusun üzərinə aşıb. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Bildirilib ki, hadisə Azneft dairəsində baş verib. Hadisə yerindən görüntülər təqdim edirik:           View this post on Instagram                       A post shared by […]

Cəmiyyət

Azərbaycanda tur paketlər 300-400 dollar bahalaşdı – VİDEO

Aprel ayında tur paketlər bahalaşıb. Xezerxeber.az xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaət etmiş olub. Çünki həmin tur paketi indi almaq təxminən 300-400 dollar itirmək deməkdir. Növbəti aylarda fərq daha çox olacaq. Ən çox tələbat hər il olduğu kimi yenə də Türkiyəyədir. Bu […]

Cəmiyyət

Hacıqabul sakinini gürzə sancıb

Hacıqabul sakinini ilanı vurub. APA-nın məlumatına görə, Hacıqabul rayonunun Udulu kənd sakini, 1993-cü il təvəllüdlü Aytəkin Məmməd qızı İsfaliyevanı gürzə sancıb. Şirvan Şəhər Xəstəxanasına yerləşdirilən 31 yaşlı qadına ilan zəhəri əleyhinə zərdab vurulub. Xeberal.az