Cəmiyyət

Bakının əsas prospektlərindən birində təmir: Velosiped yolu salınır, səki yenilənir – FOTOREPORTAJ

8 Noyabr prospektində əsaslı təmir işləri aparılır. Hazırda yenidənqurma işləri prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsi ilə kəsişməsinədək olan hissəsində görülür. Prospekt boyunca, ümumilikdə 10 km-ə yaxın ərazidə velosiped yollarının salınması nəzərdə tutulub. Sözügedən velosiped yolları “bufer zonalar” vasitəsilə əsas yoldan ayrılır. Həmçinin ərazidə səki yenilənir. PhotoStock.az-ın sözügedən ərazidən hazırladığı fotoreportajı təqdim edirik: Daha […]

Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır. Bu barədə “Report”un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Komitədən bildirilib ki, keçmiş məcburi köçkünlər Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində yerləşdiriləcəklər. Hazırda əhalinin köçürülməsi üzrə işlər davam etdirilir. Xeberal.az

Cəmiyyət

Gələn aydan sakinlərin Şuşaya qaytarılmasına başlanılacaq – FOTO

“Gələn ay keçmiş məcburi köçkünlərin Şuşa şəhərinə qaytarılmasına başlanılacaq”. “Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Laçında 30 ölkədən olan ekspertlərin iştirakı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində “Qarabağda dayanıqlı inkişaf” mövzusunda panel müzakirəsində deyib. “Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, gələn ay biz 30 il aradan sonra doğma şəhərlərinə […]

Cəmiyyət

Aydın Kərimov: “Şuşa Qarabağda elektrik avtobuslarının fəaliyyət göstərdiyi ilk şəhər olacaq”

“Şuşa Qarabağda elektrik avtobuslarının fəaliyyət göstərəcəyi ilk şəhər olacaq”. “Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Laçında 30 ölkədən olan ekspertlərin iştirakı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində “Qarabağda dayanıqlı inkişaf” mövzusunda panel müzakirəsində deyib. Onun sözlərinə görə, bu avtobuslar Belarusdan olan tərəfdaşlarla birgə Gəncədə istehsal olunur: “Şuşada artıq […]

Cəmiyyət

Xərçəngə aparan meyvə qoxulu vərdiş… – FOTO

Kubra Məhərrəmova yazır… Son zamanlar artıq heç kimi elektron siqaretlə təəccübləndirmək olmur. Hətta azyaşlıları belə. Bəzən elə küçədə məktəb formasında olan azyaşlıları əllərində elektron siqaretlə görmək mümkündür. Açığı son vaxtlar daha tez-tez rastlaşdığımız mənzərədir.  Maraqlı məqamlardan biri də odur ki, artıq məktəbli qızlar arasında da bu “hobbi” geniş yayılıb. Bu mövzuda iki xəbər diqqətimi daha çox […]

Cəmiyyət

Aşağı Güzdəkdə kanalizasiya sularının yaratdığı süni göldən FOTOREPORTAJ

Aşağı Güzdək qəsəbəsində, Güzdək stansiyasından təxminən 50 metr aralıda yerləşən və kanalizasiya sularından yaranan süni göl əsl xəstəlik mənbəyinə çevrilib. Göldən ətrafa yayılan üfunət iyindən insanlar evlərində rahat nəfəs ala bilmirlər. Bu antisanitar vəziyyət yalnız ətrafda yaşayan insanların sağlamlığına təhdid yaratmır. Bura həm də sahibsiz itlərin və zəhərli ilanların məskəninə çevrildiyi üçün insan həyatı üçün […]

Cəmiyyət

Bakıda qardaşını döyən şəxsə şəhərdən çıxmaq qadağan edildi – TƏFƏRRÜAT

Bakının Xəzər rayonunda 1997-ci il təvəllüdlü Abbas şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qardaşı Əliyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Ay işığı” düşərgəsində yerləşən evdə baş verib. Abbas qardaşı, 1994-cü il təvəllüdlü Əli ilə aralarında baş vermiş mübahisə zəminində əlində olan stəkanla onun […]

Cəmiyyət

Xəzərdə HDQ və FHN-in birgə taktiki təlimi keçirilir – FOTO

Aprelin 24-də Xəzər dənizinin ərazi sularında Hərbi Dəniz Qüvvələri (HDQ) ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) “Dalğa-2024” birgə taktiki təlimi keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. HDQ və FHN şəxsi heyət və vasitələrinin cəlb edildiyi təlimin məqsədi birgə fəaliyyətlərin təşkili və icrası, eləcə də bölmələrin idarə edilməsi üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsidir. Xeberal.az

Cəmiyyət

Vadim Vasilyevin son durumu AÇIQLANDI

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyevin son durumu bəlli olub. 51 yaşlı keçmiş hücumçu bu barədə “Report”a açıqlama verib. Vasilyev müalicəsini davam etdirdiyini bildirib: “Mənim üçün həkim təyin ediblər. Yazılan dərmanları qəbul edirəm. Bir həftədən sonra fizioterapiya başlayacaq. İndi xəstəxanadan çıxmışam, evə gedirəm. Hər gün mütəmadi olaraq buraya gəlirəm və bəzi prosedurları keçirəm. Əsas odur ki, […]