Cəmiyyət

Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil” – VİDEO

Binəqədi qəsəbəsi, İsfahani küçəsi, döngə 3 ünvanının sakinləri 20 ildən çoxdur ki, yolsuzluqdan əziyyət çəkirlər. Yağış yağanda palçığa batan küçədə nəinki sakinlər hərəkət etməkdə problemlə üzləşirlər, eyni zamanda, nəqliyyat vasitələrinin hərəkətində də çətinliklər yaranır. Çünki avtomobillər çala-çuxur yollarda sıradan çıxır. “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil. Ya qaloş, ya da uzunboğaz çəkmə geyinməli oluruq. Uşaqlar […]

Cəmiyyət

Azərbaycanda elektron siqaretlər qadağan olunsun – Deputatdan TƏKLİF

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycanda elektron siqaretin istifadəsinin qadağan olunmasını təklif edib. “Report”un məlumatına görə, komitə sədri parlamentin bugünkü çıxışında bildirib ki, dünyanın bir çox ölkələrində bu siqaret növü getdikcə qadağan edilir. T.Mirkişili apardığı araşdırmaya görə, elektron siqaret gənclər arasında geniş yayılan, dəb, moda halını alan, amma gələcəkdə […]

Cəmiyyət

Körpələr evində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Körpələr evində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Yevlax Rayon Prokurorluğundan verilən məlumata görə, Yevlax rayon Qaraməmmədli kənd körpələr evi və uşaq bağçasında baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı 2020-2024-cü illərdə bağçanın maddi bazası imkan vermədiyi halda əlavə qrup təşkil olunmaqla qanunla nəzərdə tutulmayan vəzifələrdə çalışan […]

Cəmiyyət

FHN: Gəncədə qanunsuz tikili söküldü – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. FHN-dən Oxu.Az-a verilən xəbərə görə, Gəncə-Qazax avtomobil yolunun Gəncə şəhəri ərazisindən keçən hissəsində yol kənarında qanunsuz qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə […]

Cəmiyyət

Anar Məmmədxanovun anım günüdür

Bu gün “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı, Milli Məclisin birinci, ikinci və üçüncü çağırışının deputatı, Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Anar Məmmədxanovun vəfat etməsindən 13 il ötür. Məşhur kapitan ürək çatışmazlığı nəticəsində həyatını itirib. Oxu.Az xatırladır ki, Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakıda anadan olub. Bakının 160 saylı orta məktəbini bitirib, […]

Cəmiyyət

Vətəndaşların hərbi xidmətdən yayınmalarını təşkil etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxır

Vətəndaşların hərbi xidmətdən yayınmalarını təşkil etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işinin istintaqı tamamlanıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, saxta sənədlər hazırlamaqla çağırışçıların qanunsuz olaraq həqiqi hərbi xidmət keçməkdən yayınmalarını təşkil edən “The Times Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru Ceyhun Hacıyevin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş […]

Cəmiyyət

Son zamanlar artan qəfil ölümlərin səbəbi nədir? – Tibb elmləri doktoru ilə MÜSAHİBƏ

“İstər idmançıların, istərsə də idman etməyənlərin ölümünü virusla, peyvəndlə əlaqələndirməyin, ən azından, tibbi tərəfdən heç bir açıqlaması yoxdur. Bu barədə qəti nəsə demək olmaz”. Bu sözləri deputat, tibb elmləri doktoru, ürək-damar cərrahı Rəşad Mahmudov Axar.az-a müsahibəsi zamanı deyib. O, son illər artan ürək çatışmazlığı və qəfil ölüm faktları ilə bağlı fikirlərini bildirib: – Rəşad bəy, […]

Cəmiyyət

Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər – FOTO/VİDEO

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən maarifləndirmə və profilaktik işlər davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib. Vurğulanıb ki, Bakının Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan köşk və mağazalar aşkar olunub. Azyaşlılara tütün məmulatı […]

Cəmiyyət

Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti ağır stabil olaraq qiymətləndirilir. Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən verilib. Məlumatda qeyd olunub ki, Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqov 2024-cü il […]

Cəmiyyət

Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI

Xalq yazıçısı Elçin Əfəndiyevin vəziyyəti yaxşılaşıb. Bu barədə Oxu.Az-a onun yaxınları məlumat veriblər. Yazıçının hazırda xəstəxanada olduğu bildirilib: “Hər şey qaydasındadır. Əhvalı da yüksəkdir. Səhhəti getdikcə yaxşılaşır. Daxili orqanlarında narahatlıq var idi. Bərpa prosesi gedir. İstanbulda olan xəstəxanaların birində əməliyyat olunub. Əməliyyatı da uğurlu keçib. Özünü yaxşı hiss edir”. Xatırladaq ki, Xalq yazıçısı Elçin Əfəndiyev iki […]