Cəmiyyət

Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil” – VİDEO

Sharing is caring!




Binəqədi qəsəbəsi, İsfahani küçəsi, döngə 3 ünvanının sakinləri 20 ildən çoxdur ki, yolsuzluqdan əziyyət çəkirlər.

Yağış yağanda palçığa batan küçədə nəinki sakinlər hərəkət etməkdə problemlə üzləşirlər, eyni zamanda, nəqliyyat vasitələrinin hərəkətində də çətinliklər yaranır. Çünki avtomobillər çala-çuxur yollarda sıradan çıxır.

“Yağış yağanda şəhərə çıxmaq mümkün deyil. Ya qaloş, ya da uzunboğaz çəkmə geyinməli oluruq. Uşaqlar məktəbə gedib-gəlməkdə çətinlik çəkirlər”, – deyə sakinlər narazılıq bildiriblər.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir