Cəmiyyət

Bakı metrosunda sərnişin qatar yoluna düşərək xəsarət alıb

Bakı Metropoliteninin “Nərimanov” stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb. Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Qeyd olunub ki, Bakı metropoliteninin normativ tələblərinə uyğun olaraq, dərhal yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım dəvət olunub. Dispetçer mərkəzi müvafiq ehtiyat tədbirləri görərək, “Gənclik-Nərimanov” mənzili ilə hərəkət edən qatarın maşinistinə vəziyyətlə əlaqədar müvafiq təlimatı […]

Cəmiyyət

Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi – VİDEO

Ağdaş sakini Müşviq Cəbrayılzadə iddia edib ki, onu aldadıb əvvəlcə adına VÖEN hesabı açıblar, sonra isə həmin şəxsi üç şirkətin qanuni nümayəndəsi təyin ediblər. Xezerxeber.az-ın məlumatına görə, açılan şirkətlərdə işlə təmin olunacağı vədi verilsə də, sonda məlum olub ki, o, nəinki işlə təmin olunub, əksinə, fəaliyyət göstərən şirkətlərdən onun adına ümumilikdə 105 min manat vergi borcu […]

Cəmiyyət

Qazax sakini: “İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində qələbə sevinci yaşadıq” – FOTO

“Qazaxın 30 ildən artıqdır işğal altında olan kəndləri Azərbaycana qaytarıldı. Bütün qazaxlılar hazırda bayram sevinci yaşayırlar”. Bu fikirləri “Report”a açıqlamasında Qazax rayonunun ziyalısı Afiq Axundov erməni işğalında olan dörd kəndin Azərbaycana qaytarılması haqqında danışarkən deyib. O qeyd edib ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində qazaxlılar da qələbə sevinci yaşadı və doğma torpaqlarına qayıda biləcəklər: “Bütün […]

Cəmiyyət

Millət vəkilləri arasında gərgin anlar yaşandı – VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərlə razılaşmayıb, həmkarına etirazını bildirib: “Azərbaycanda dövlət maliyyə nəzarəti acınacaqlı vəziyyətdədir” kimi cümləni qəbul etmirik. Hesab edirəm ki, bu, görülən […]

Cəmiyyət

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki…” – VİDEO

Baku TV-də yayımlanan “Damdakılar” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə cəhd, tamah məqsədilə adam öldürməyə cəhd, dələduzluq, külli miqdarda ziyan vurma, əmlakı qəsdən məhv etmə, qanunsuz olaraq odlu silah əldə etmə, başqasına satma maddələri ilə 17 il bir ay müddətinə azadlıqdan məhrum edilən Günel […]

Cəmiyyət

“Azparking” işçisini təhqir edən sürücü həbs edildi

Bakıda xidməti vəzifəsini icra edən “Azparking” əməkdaşına qarşı xuliqanlıq edən şəxs məsuliyyətə cəlb edilib. Oxu.Az-ın məlumatına görə, hadisə Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində qeydə alınıb. Gəncə şəhər sakini olan və “Muzey” hoteldə icraçı direktor vəzifəsində işləyən 1994-cü il təvəllüdlü Z.Məmmədov ərazidə parklanma fəaliyyətinə nəzarət edən əməkdaşa qarşı kobud davranaraq onu təhqir edib. Belə ki, avtomobilini park […]

Cəmiyyət

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Qeyd edilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=19) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə […]

Cəmiyyət

Cəlilabadda ağır qəza: Xəsarət alanlar var

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, iki VAZ-2107 markalı minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə dörd nəfər xəstəxananın Təcili Yardım Şöbəsinə hospitalizasiya olunub. Belə ki, 1985-ci il […]

Cəmiyyət

Masallı sakinlərinin NƏZƏRİNƏ: 16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır. “Report”un məlumatına görə, Masallı rayonu ərazisində yerləşən “Tüklə” qazpaylayıcı stansiyada əhali xəttinin üzərində quraşdırılmış diametri 200 millimetrlik siyirtmənin əvəzlənməsi nəzərdə tutulur. Bu məqsədlə Boradigah, Türkoba, Hışkədərə, Mişkəmi, Miyənkü, Kubin, Mollaoba, Babaser, Məmmədoba, Ninəlov, Qodman, Böyük Kolatan, Şatıroba, Mahmudovar, Tüklə və Bədəlan kəndlərində ümumilikdə 8 900 abonentin […]

Cəmiyyət

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?? – SƏBƏB + VİDEO

“Toyota Prius”ların qiymətində az qala hər həftə ucuzlaşma müşahidə olunur. Son zamanlar əsasən taksidə istifadə edilən, yaşı 15-dən yuxarı olan “Prius”ları kütləvi satışa çıxarırlar. Bunun əsas səbəbi yeni qaydalara görə, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillərin taksi kimi fəaliyyət göstərməsinin dayandırılmasıdır. Bəs ucuzlaşma nə qədər davam edəcək? İqtisadçı Xalid Kərimli bildirib ki, köhnə avtomobillərin […]