Cəmiyyət

Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qaçırılıb. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxs tərəfindən qaçırılıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, faktla bağlı Goranboy Rayon Polis Şöbəsinə müraciət daxil olub. Araşdırmalar zamanı […]

Cəmiyyət

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. Bu barədə Oxu.Az-a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ildə Bakıda anadan olub. 2002-2019-cu illərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) olub. Aytac Qasımova Xeberal.az

Cəmiyyət

Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? – VİDEO

Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Avşarlar küçəsinin sakinləri ərazidə qanunsuz elektrik xətlərinin çəkildiyini iddia edirlər. Sakinlərin sözlərinə görə, “Azərişıq” tərəfindən küçədə çəkilən yeraltı elektrik xətləri normativlərə uyğun deyil. “Görülən işin sənədlərini bizə göstərsinlər. Xətləri səhər və gecə saatlarında çəkirlər. Yüksəkgərginlikli elektrik xətləri ilə su boruları eyni yerdə ola bilər?!” – deyə şikayətçi narazılıq bildirib. “Azərişıq” ASC-nin […]

Cəmiyyət

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlayıb. AQTA-dan Oxu.Az-a verilən məlumata görə, COP29 konfransının keçirilməsi ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində aprel ayının 22-dən etibarən monitorinqlərin növbəti mərhələsinin keçirilməsinə başlanılıb. 53 ticarət və 50 ictimai iaşə olmaqla, ümumilikdə 103 müəssisədə monitorinqlər həyata keçirilib. Monitorinqlər nəticəsində 50 ticarət və 43 […]

Cəmiyyət

Azərbaycanda sürücüdən “gözübağlıca” oyunu: Özünün də, başqalarının da həyatını təhlükəyə atdı – VİDEO

Azərbaycanda sürücü hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb. Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü onu kapotu açıq vəziyyətdə idarə edib. Həmin görüntüləri təqdim edirik: Nəzrin Vahid Xeberal.az

Cəmiyyət

Bakıda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar – VİDEO

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1985-ci il təvəllüdlü Anar Məcidov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onun üzərindən və evindən beş kiloqramdan artıq marixuana aşkarlanıb. A.Məcidov ifadəsində bir müddət əvvəl bağ sahəsində çətənə bitkiləri […]

Cəmiyyət

Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb

Bakıda 39, 153 və 182 nömrəli tam orta məktəblərin direktorları barəsində intizam tənbeh tədbiri görülüb. Oxu.Az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin paytaxtdakı ümumi təhsil müəssisələrində apardığı monitorinqlər nəticəsində qərar verilib. Qeyd edilib ki, məktəb direktorlarına sənədləşmə, pedaqoji və inzibati heyətin məsuliyyətinin artırılması, metodiki […]

Cəmiyyət

“Qaynarinfo” 17 yaşında

Bu gün Azərbaycanın populyar xəbər portalı “Qaynarinfo”nun 17 yaşı tamam olur. Jurnalist Zahir Əzəmətin rəhbərlik etdiyi xəbər portalının əsası 25 aprel 2007-ci ildə qoyulub. Yarandığı ilk gündən müstəqilliyini və obyektivliyini qoruyan portal cəmiyyətin bütün təbəqələrinin tribunası olmağı hədəfləyib və bu illər ərzində prinsiplərinə sadiq qalmağı bacarıb. Oxu.Az kollektivi adından həmkarlarımızı təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!  Xeberal.az

Cəmiyyət

Qubada qəzalı durumda olan elektrik dirəkləri nə zaman yenilənəcək? – RƏSMİ AÇIQLAMA + VİDEO

Quba rayonunun Dalıqaya kəndində elektrik xətləri və dirəkləri qəzalı vəziyyətdədir. Bu barədə Bizim.media-ya kənd sakini Ramin İsmixanov məlumat verib. Bildirib ki, elektrik dirəkləri qəzalı və istifadəyə yararsızdır. Elektrik dirəklərindən biri də onun həyətində yerləşir. Külək olan kimi təhlükəli vəziyyət yaranır, uşaqları həyətə nəzarətsiz buraxa bilmirlər. Dalıqaya sakininin sözlərinə görə, elektrik dirəyi aşmasın deyə onu müvəqqəti […]