Cəmiyyət

Cavanşir Məmmədovun ölüm səbəbi: “Ürəyində dörd stent var idi, əsəb yıxdı onun evini”

Əməkdar artist Cavanşir Məmmədovun vəfatından danışan Əməkdar artist Firuzə İbadovanın qızı onun ürəyində problem olduğunu vurğulayıb. O, Moderator.az-a açıqlamasında bildirib ki, Cavanşir Məmmədovun ürəyinə dörd ədəd stent qoyulub: “Qəfil ürəktutmasından keçinib. İndi ora gedirik, hələ dəfn olunmayıb. Bizə də indi deyiblər, donub qalmışıq. Ürəyində dörd stent var idi, əsəb yıxdı onun evini. Anam donub qalıb, […]

Cəmiyyət

Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən Bakı Şəhəri, Suraxanı rayonu ərazisində keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, ümumilikdə 2 377 qutu müxtəlif adda xaricdə istehsal edilmiş siqaretlər aşkar olunaraq götürülüb. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub – VİDEO

Paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsində yeniyetmənin piyada işıqforuna zərbə vurmasını əks etdirən görüntülər araşdırılıb. Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli məlumat verib. Bildirilib ki, polis əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayan şəxs müəyyən olunub və valideynləri ilə birgə polis idarəsinə dəvət olunub. “Profilaktiki söhbətlər aparıldıqdan sonra əmələ görə qanunamüvafiq […]

Cəmiyyət

Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu – “Kaspi”nin ŞƏRHİ + FOTO

Qanunsuz pulların “yuyulması” ilə ad çıxarmış, Azərbaycan ərazisində qanunazidd fəaliyyət göstərən cinayətkar xuntanın “rəhbərliyi”ndə təmsil olunaraq separatçılığa dəstək verən Ruben Vardanyanın Nobel mükafatına namizəd irəli sürülməsi erməni xalqının növbəti tragikomediyasının təzahürüdür. Bir qrup şəxs və qurumun təşəbbüskarı olduğu bu avantüranın əsas niyyəti Nobel mükafatı deyil, Vardanyanı Azərbaycanın ədalət mühakiməsindən “xilas” etməkdir. Bioqrafiyasının böyük hissəsi şübhəli […]

Cəmiyyət

FHN Lənkəranda qanunsuz tikililəri söküb – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb. Bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, agentlik Lənkəran şəhəri ərazisində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edib. Qurumun Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Lənkəran Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb. […]

Cəmiyyət

Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Mais Fəxrəddin oğlu Nəzərovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Mais Nəzərovun qabaqcadan əlbir olan bir qrup […]

Cəmiyyət

Ağcabədidə avtomobil piyadanı öldürüb

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb. APA xəbər verir ki, Tahir Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada Şahin Cəfərovu vurub, daha sonra yol kənarında dayanmış VAZ-2106 markalı avtomobilə çırpılıb. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb. Xeberal.az

Cəmiyyət

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib

Aprelin 20-də Quru Qoşunlarının qərargahında müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  Müşavirədə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev, Quru Qoşunlarının idarə və xidmət rəisləri, birlik, birləşmə komandirləri iştirak ediblər. Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü […]