Cəmiyyət

Hacı Şahinin oğurlanmış “Youtube” kanalı geri qaytarıldı

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin hakerlər tərəfindən ələ keçirilən rəsmi “Youtube” hesabı geri qaytarılıb. Oxu.Az xəbər verir ki, bu barədə ilahiyyatçının rəsmi “Facebook” səhifəsində məlumat verilib. “Əziz dostlar, Hacı Şahin Həsənlinin rəsmi “Youtube” kanalı geri qaytarıldı və artıq yenidən xidmətinizdədir. Bu günlərdə bizə yardım edən və dəstək olan hər kəsə təşəkkür edirik”. Qeyd edək ki, bir müddət […]

Cəmiyyət

“Mənə sual verir ki, ata, niyə az oynadın?” – Ağabala qızının pankart açmasından danışdı + FOTO

“Ümumiyyətlə, qızımın ora gələcəyini bilmirdim. Birdən gözüm pankarta sataşdı, ona baxdım. Bir anlıq olan hər şey gəldi keçdi gözümün önündən”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Səbail”in hücumçusu Ağabala Ramazanov deyib. Futbolçu “Araz-Naxçıvan”a 2:0 qalib gəldikləri matçda qızının “Xoş gəldin, ata” pankartı açmasından danışıb. Uzunmüddətli zədədən sonra yaşıl meydanlara qayıdan forvard qızının bəzən oyunlara gəldiyini də açıqlayıb: […]

Cəmiyyət

Sumqayıtda alman əsirlərin basdırıldığı qəbiristanlıq – FOTOREPORTAJ

Sumqayıt şəhərinin Yeni Kottec qəsəbəsində alman əsirlərinin dəfn olunduğu bir məzarlıq var. Adına “Alman qəbiristanlığı” da deyilir. Bu qəbiristanlıqda ümumi 311 məzarın olduğu bildirilir. Qeyd olunur ki, məzarlıqda dəfn olunan 311 girovdan 269-u alman əsilli, qalanları isə avstriyalı və macarlardır. Sonuncu əsirlər burada 1949-cu ildə dəfn olunub. Belə ki, 1949-cu ilin yanvar ayında məzarların birində […]

Cəmiyyət

Paytaxtın yaşlı sakinlərinin yüz illərdir yaşatdıqları ənənə – FOTO

Paytaxtın bir çox parklarında, xüsusən havanın xoş olduğu günlərdə, axşamçağı eyni mənzərəni görmək mümkündür. Əslində, bu mənzərə özündə dostluqla birgə gərgin rəqabəti də əks etdirir.  Bəli, söhbət parklarda nərd oynayan ahıl paytaxt sakinlərindən gedir. Bəzən onlar gərgin derbilərinə o qədər aludə olurlar ki, saatların necə gəlib keçdiyinin belə fərqində olmurlar. Çünki bu qədim oyun canlı […]

Cəmiyyət

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi – FOTO

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti pisləşib. Bu barədə onun qızı Əminə Sadıqova Manşet.az-a məlumat verib. Onun dediyinə görə, F.Sadıqov təcili paytaxtda yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib: “Atamın ağciyərində problem vardı. Son zamanlar nəfəs almaqda çətinlik çəkdiyi üçün həkimin məsləhəti ilə evdə süni […]

Cəmiyyət

Bakıda küləyin sürəti artıb – FAKTİKİ HAVA + YENİLƏNİB

Aprelin 22-si saat 14:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir güclənən şimal-qərb küləyi əsir. Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24 m/s, Naftalanda 20 m/s, Goranboyda 19 m/s-yə çatır. Gədəbəy, Xaltan, Astara, Qrız, Qusar, Xınalıqda şimşək […]

Cəmiyyət

Hakimlərə etirazı rədd edildi – İndi də prokurordan narazıdır

1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir. “Qafqazinfo”nun məlumatına görə, təqsirləndirilən vəkil konvoy müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib. Əvvəlki prosesdə Sümbülə Əliyeva işə baxan hakimlərə etiraz edəcəyini deyib. Bu gün xanım müttəhim etirazını əsaslandırıb. Əliyeva məhkəmə tərkibinə daxil olan iki hakimdən – sədrlik edən Mahmud […]

Cəmiyyət

Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb. Bu barədə Oxu.Az-a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib. Məlumata əsasən, azad olunan ərazilərdə 15-21 aprel 2024-cü il tarixi ərzində 39 tank əleyhinə mina, 12 piyada əleyhinə mina, 452 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin, 1429,1 hektar ərazi minalardan təmizlənib. […]

Cəmiyyət

Külli miqdarda rüşvət almaqda ittiham olunan sabiq hakimin cinayət işi: Beş vəkil müdafiə edir

Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Məzahir oğlu Əhmədovun Gəncə Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib. “Report”un Qərb bürosunun məlumatına görə, proses Dadaş İmanovun sədrliyi ilə keçirilib. Təqsirləndirilən sabiq hakimi beş vəkil – Elməddin Məmmədov, Azər Babayev, Vüqar Mahmudov, Seymur Zeynalov və Vəfadar Piriyev – müdafiə edir. Dövlət ittihamçısı isə Zaur Qasımovdur. Növbəti məhkəmə prosesi […]

Cəmiyyət

Metronun “Həzi Aslanov” stansiyasındakı tunelin tavan hissəsindən su sızması ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda metronun “Həzi Aslanov” stansiyasıdakı tunelin tavan hissəsindən su sızmağa başlayıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, buna səbəb həmin stansiyasının xidməti otaqlarından birində su xətti borusunun zədələnməsi olub. “Metronun “Həzi Aslanov” stansiyasının xidməti otaqlarından birində su […]