Cəmiyyət

Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib – VİDEO

Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib. Oxu.Az xəbər verir ki, bununla bağlı Heydər Əliyev Fondunun sosial şəbəkədəki paylaşımında qeyd edilir. Xatırladaq ki, Ağdam şəhərindəki Cümə məscidi memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən 1868-1870-ci illərdə tikilib. Şəhər Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu müddətdə Cümə məscidi ermənilər tərəfindən yandırılaraq vandalizmə məruz qalmışdı. Torpaqlarımız işğaldan azad olunduqdan sonra […]

Cəmiyyət

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır. Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Qeyd olunub ki, dövlət məktəbəhazırlıq qruplarında beş gün əlavə tətil (1-5 may) olacaq. Xeberal.az

Cəmiyyət

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur – VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, bu istiqamətdə daşıyıcılara avtobusları mütəmadi olaraq təmizləmək tapşırığı verilir. […]

Cəmiyyət

Erməni cinayətləri ortaya çıxır – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Erməni cinayətləri ortaya çıxır. Xocalının Malıbəyli kəndində daha bir neçə soyqırım qurbanının qalıqları tapıldı. İşğaldan azad edilən ərazilərə səfərlərin istiqamətləri genişləndirilir. Artıq Laçına da şəxsi avtomobillərlə getmək mümkün olacaq. Millət vəkili etdiyi köməyi deməkdən niyə çəkindi? Özünü ölmüş kimi göstərərək, cəzadan yaxa qurtarmaq istədi. Vətəndaşlara qarşı dələduzluq edən MTK […]

Cəmiyyət

Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? – VİDEO

Bakı-Quba avtomobil yolunun Qubanın Yeni Güləzi kəndindən keçən hissəsində Qusarçay üzərində olan körpü qəzalı vəziyyətdədir. Gün ərzində körpünün üzərindən minlərlə avtomobilin hərəkət etdiyini bildirən sakinlər təhlükənin qaçılmaz olmasından narahatdırlar. “Körpü çox pis vəziyyətdədir, böyük maşın keçdikdə titrəyir. Çatlar gün keçdikcə daha da böyüyür, hər an uça bilər”, – Quba sakini narazılığını bildirib. Daha ətraflı Baku […]

Cəmiyyət

DYP Sumqayıtda 196 piyada haqqında inzibati protokol tətbiq edib – FOTO/VİDEO

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Piyadalar, diqqətli olun” şərti adı altında profilaktik tədbir keçirilib. Oxu.Az xəbər verir ki, tədbir zamanı yol polisləri piyada keçidindən düzgün istifadə etməyən şəxslərlə maarifləndirici söhbətlər aparıblar. Piyadalara və digər hərəkət iştirakçılarına yol hərəkəti qaydalarına düzgün riayət etməyin vacibliyi tövsiyə olunub. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq yol hərəkəti […]

Cəmiyyət

Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı – RƏSMİ

Azərbaycanla Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-dək 20 sərhəd dirəyi quraşdırılıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin yaydığı məlumatda bildirilib. Bildirilib ki, iki dövlətin ekspert qruplarının işi davam edir. “Xəbər verildiyi kimi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət […]

Cəmiyyət

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı – VİDEO

Paytaxtın Sabunçu rayonu ərazisində “Ford Mustang” markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.  Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Araşdırma zamanı onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsinin […]

Cəmiyyət

Naxçıvan DSMF-nin İdarə Heyətinin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri vəzifəsindən azad olunub. “Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı müvafiq əmr verilib. Əmrə əsasən, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Sahir Kamil oğlu Rüstəmov vəzifəsindən azad edilib. Xeberal.az

Cəmiyyət

Bakıda işıqforlarla bağlı ilk – FOTO

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Məlumata görə, məqsəd fərdi mobillik vasitələrinin təşviqi və istifadəçilərin təhlükəsizliyini artırmaqdır. Xeberal.az