Cəmiyyət

Bakıda tülkülər niyə artıb? – “Mübarizənin birinci yolu şəhəri təmiz saxlamaqdır” + FOTO

Son günlər şəhərdaxili küçələrdə gözə dəyən tülkülər sakinləri təşvişə salıblar. Onlar müvafiq qurumların tədbir görməsinin vacibliyini qeyd edirlər. Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun əməkdaşı Elşad Əsgərov Pravda.az-a açıqlamasında deyib ki, heyvanların sinantroplaşması normal prosesdir. “Şəhərdən kənarda olmaları normaldır. Amma şəhərin içinə, yaşayış məskənlərinə vəhşi heyvanları, hətta ayıları belə ən çox zibil qutuları, məişət tullantıları […]

Cəmiyyət

Xırdalanda sirkə turşusu içən kişi öldü

Abşeronda intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, hadisə Xırdalan şəhəri Nizami küçəsində qeydə alınıb. 53 yaşlı Ə.Əkbərov sirkə turşusu içərək zəhərlənib və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ – YENİLƏNİB

Bu gündən dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbuluna başlanılıb. Oxu.Az xəbər verir ki, proses mayın 22-si saat 11:00-dək davam edəcək. Bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat prosesi həyata keçiriləcək. Müsabiqədə iştirak üçün namizədlər “ASAN Login” əldə etdikdən sonra miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər. […]

Cəmiyyət

32 il gözlədi, qızı ilə eyni parta arxasında oturdu: 53 yaşlı tələbənin təhsil sevgisi – FOTO/VİDEO

32 il… 17 yaşlı bir qız öz arzusuna çatmaq üçün bu qədər gözləməli olub. Bu gün o, gənc tələbələrlə eyni masa arxasında oturaraq özündən yaşca kiçik müəllimlərdən dərs alır. Yaşı 53 olsa da, gözündəki həyəcan və oxumaq həvəsi elə 17 yaşındakı kimidir. Söhbət Gülşən Binnətovadan gedir. Gülşən xanım Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti […]

Cəmiyyət

Bakıda it dişləyən azyaşlı qızın son vəziyyəti AÇIQLANDI – VİDEO

Paytaxtın Lökbatan qəsəbəsi, “Qobu Park-2” yaşayış massivində mayın 11-i axşam saatlarında 11 yaşlı Zeynəb Süleymanova sahibsiz küçə itlərinin hücumuna məruz qalıb. İt dişləməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 2013-cü il təvəllüdlü şəxsin vəziyyəti stabildir. Bunu Baku.ws-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd deyib. O bildirib ki, azyaşlının müalicələri davam […]

Cəmiyyət

Bakıda səhər saatlarında iki avtomobil toqquşdu – ANBAAN VİDEO

Səhər saatlarında Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.  Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat Xidmətindən bildirilib ki, iki avtomobilin toqquşması ilə nəticələnən qəzada bir ədəd işıqfor dirəyi yararsız hala düşüb. Qurumun texniki əməkdaşları əraziyə cəlb olunublar və işıqforun yenisi ilə əvəzlənməsi işləri görülür. NİİM sürücülərin […]

Cəmiyyət

Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var

Bakının Yasamal rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Əfqan Azər oğlu Hüseynov və 2001-ci il təvəllüdlü Əli Yalçın oğlu Hüseyinli xəsarət alıblar. Yaralılar təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Nazir idarə rəisi olan keçmiş prokuroru vəzifəsindən azad etdi

Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadov vəzifəsindən azad edilib.  “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.   İdarənin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.   Qeyd edək ki, buna qədər Akşin Ziyadov Nizami rayon prokuroru vəzifəsində çalışıb. 2017-ci ildə Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi təyin olunub.  […]

Cəmiyyət

Azərbaycanın bəzi ərazilərinə qar yağıb – FAKTİKİ HAVA

Mayın 15-də saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağa və Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağıb. Düşən yağıntının miqdarı Balakəndə 28 mm, Lerikdə […]

Cəmiyyət

26 yaşlı oğlan motosikletdə sıxılı vəziyyətdə qaldı – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hadisə yerinə dərhal nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1998-ci il təvəllüdlü Şahbaz Cəlilovun idarə etdiyi motosiklet binanın […]