Cəmiyyət

Ruslan Əliyev: “Qarabağın qazlaşması planına dəyişikliklər olunacaq”

Sharing is caring!

“İşğaldan azad olunmuş ərazilərin qazlaşması planına dəyişikliklər olunacaq”.

Oxu.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində çıxışında bildirib.

O bildirib ki, əvvəl bu planda rayonlar üzrə adlar salınıb, lakin indi prosesin bölgələr üzrə aparılması ilə bağlı dəyişikliklər edilir.

R.Əliyev onu da əlavə edib ki, bu gün Qarabağ bölgəsində ilk qaz xəttinin hansı kəndə və ya hansı şəhərə veriləcəyini demək çətindir:

“Planda Ağdam və Füzuli nəzərdə tutulmuşdu, ancaq çox güman ki, o planda dəyişiklik olacaq”.

Onun sözlərinə görə, planla qazlaşma işləri 2022-də başlamalı idi, lakin hələ ki “Azəriqaz” tərəfindən işğaldan azad olunmuş ərazilərdə fiziki işlər başlanılmayıb, ancaq layihələndirmə işləri aparılıb.

“İlkin növbədə oraya yüksək təzyiqli magistral kəmər çəkilməlidir ki, ondan sonra biz pərakəndə satışı həyata keçirmək üçün digər kəmərlərin çəkilişini həyata keçirək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir