Cəmiyyət

Yeddi yaşlı qız ağır yanıq xəsarətləri alıb – FOTO

Sharing is caring!

Şamaxıda baş verən bədbəxt hadisə zamanı iki uşaq xəsarət alıb.

Bu barədə Oxu.Az-a uşaqların anası Niyazova Ülviyyə məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Həmin gün yoldaşım Niyazov Zaur işdə idi. Mən isə mağazaya getmişdim. Bu zaman evdə qısaqapanma olub və ev tamamilə yanıb. Övladlarım 2017-ci il təvəllüdlü Niyazov Ayaz və 2015-ci il təvəllüdlü Niyazova Təranə yanıq xəsarətləri alsalar da, qızım daha çox yanıb. Qızıma 4-cü dərəcəli yanıq xəsarəti diaqnozu qoyulub. Hadisədən aylar keçsə də, qızımın vəziyyəti yaxşı deyil. Onun əlləri əməliyyat edilməlidir. Bunun üçün isə bizə 1200 manat pul lazımdır. İmkanlı şəxslərdən bizə yardım etmələrini xahiş edirəm”.

Ailə ilə əlaqə nömrəsi: 051 660 76 38

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir