Cəmiyyət

Nazirlik əməkdaşları köməksiz qalmış iki nəfəri xilas ediblər – VİDEO

Sharing is caring!

Fövqəladə Hallar Nazirliyinin “qaynar” telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 112 yanğına çıxış, iki halda köməksiz vəziyyətdə qalma və bir avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla dörd nəfər, o cümlədən Göygöl rayonunun Hacıməlik kəndində iki yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalmış iki nəfər xilas edilib, yanğın zamanı 18 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, üç nəfər tüstüdən zəhərlənib, bir nəfər yanıq xəsarəti alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir