Dünya

Paşinyan: “İlham Əliyev və Şarl Mişellə müzakirələr asan olmayıb”

Sharing is caring!

“Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişellə müzakirələr asan olmayıb”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Müzakirə asan deyildi, həcmli idi. Ancaq hədəflərimiz dəyişməz olaraq qalır, bu, elan etdiyimiz sülh gündəliyidir. Və onu həyata keçirmək üçün bizə qətiyyət lazımdır”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, bu gündəliyin həyata keçirilməsi asan və aydın proses deyil.

“Lakin biz ardıcıl işləməliyik və hesab edirəm ki, bu həm də xalqımızın bizim regionda uzunmüddətli və hərtərəfli sülhün bərqərar olması arzusudur. Biz diqqətimizi bu problemin həllinə yönəltməliyik”, – Paşinyan bildirib.

Mənbə: Aysor

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir