Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb – VİDEO

Sharing is caring!

Avqustun 31-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-37 dərəcə isti, Bakıda gecə 22-24, gündüz 35-37 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 25-30% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-22, gündüz 35-39 dərəcə isti, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir