Cəmiyyət

Tovuzda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Sharing is caring!

Tovuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Düz Qırıqlı kəndində qeydə alınıb.

Yük maşının minik avtomobilinə çırpılması nəticəsində minik avtomobilində olan bir ailənin 3 üzvü – 1988-ci il təvəllüdlü N.Mustafayev, 1995-ci il təvəllüdlü G.Cəfərova və 1953-cü il təvəllüdlü T.Mustafayeva xəsarət alıblar.

Onlardan birinə ambulator yardım göstərilib, digərləri xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir