Cəmiyyət

Göygöldə mikroavtobus və minik avtomobili toqquşub, iki nəfər xəsarət alıb

Sharing is caring!

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Mikroavtobusla “VAZ” markalı avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar – 1960-cı il təvəllüdlü Rasim Abbasov və daha bir nəfərin vəziyyəti ağır qiymətləndirilir. Onlar Gəncə şəhərində yerləşən xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, qəza nəticəsində avtomobillərdən biri toqquşmadan sonra yaxınlıqdakı mağazaya çırpılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir