Dünya Manşetüstü

Bu, ABŞ-ı dünya hegemonluğundan məhrum edəcək – SENSASİON İDDİA

Sharing is caring!

Ölkələr dollardan imtina etməyə başlayarsa, ABŞ dünya hegemonluğunun əhəmiyyətli hissəsini itirə bilər.

XəbərAl.az xəbər verir ki, bu haqda “Russian Today” (RT) telekanalı ilə söhbətində Beynəlxalq Humanitar-siyasi Tədqiqatlar İnstitutunun eksperti Vladimir Bruter bildirib.

“Vaşinqton üçün dünya valyutası kimi dollardan istifadə etmək imkanı əsas xarici iqtisadi və xarici siyasət lingidir. Amerikalılar bu lingi itirərək dünya hegemonluğunun əhəmiyyətli hissəsini və dünya proseslərinə təsir etmək imkanını itirəcəklər. Onlar indi Çin, Rusiya və Fransaya təzyiq göstərməyə çalışırlar. Və əgər onlar ticarətdə dolları seçəcəklərsə, Vaşinqtona qulaq asmayacaqlar”, – Bruter deyib.

Ancaq, ekspert vurğulayıb ki, dollar bu gün dünya ticarətinin əhəmiyyətli hissəsidir və hesablamalarda bu valyutadan imtina ticarətin yoxluğunu bildirərdi. O əlavə edib ki, kriptovalyutadan istifadə üçün dünya ölkələrinin ümumi mövqeyi lazımdır.

Ekspert bununla da, dolların əvəzinə ehtiyat valyuta olaraq “qlobal rəqəmsal alternativ” təklif edən İngiltərə Mərkəzi Bankının rəhbəri Mark Karninin sözlərini şərh edib. Karni Amerika valyutasının dünya iqtisadiyyatına zəiflədici təsir göstərdiyini söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir