Cəmiyyət

FHN: “Qəbələ, Şabran, Quba və Siyəzəndə yanğınların söndürülməsi davam etdirilir” – YENİLƏNİB + VİDEO

Sharing is caring!

Qəbələ, Şabran, Quba və Siyəzən rayonlarında yerləşən dağlıq relyefdə, meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların söndürülməsi tədbirləri davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi ərazilərdə yanğınlar nəzarətə götürülərək alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, soyutma işləri aparılır.

Qeyd edək ki, yanğınsöndürmə tədbirləri mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilir, isti və küləkli hava şəraiti tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur.

Yanğınsöndürmə əməliyyatları davam etdirilir.

10:40

“Şabran rayonu ərazisindəki yanğın söndürülüb, kəndlər üçün heç bir təhlükə qalmayıb”.

Bununla bağlı Oxu.Az-a Şabran Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib.

Bildirilib ki, ərazidə yanğın söndürülüb, bəzi ərazilərdə açıq alov olmasa da, közlər müşahidə olunur:

“Onları da soyutma işləri gedir. İnsanların həyatı təhlükədə deyil. Qalaaltı tərəfdə yanğın var. Qalan ərazilərdə yoxdur”.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir