Cəmiyyət

Oğuzda tövlə yanıb, 34 baş iribuynuzlu heyvan tələf olub

Sharing is caring!


Oğuz rayonunda içərisində 34 baş mal-qara olan tövlə yanıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Calut kəndindəki 64 yaşlı Yaşar Yusif oğlu Həsrətova məxsus fermada ümumi sahəsi 260 kvadratmetr olan tövlədə baş verib.

Yanğın zamanı tövlədə olan 1 000 ədəd ot bağlaması da yanaraq tələf olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Oğuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir