Cəmiyyət

Əsginaslar bankda yenilənmək əvəzinə zibil qablarına atıldı – VİDEO

Sharing is caring!

Sosial şəbəkələrdə manatla bağlı ürəkağrıdan video yayılıb.

Oxu.Az xəbər verir ki, görüntülərdə Azərbaycanın milli pul vahidi olan müxtəlif əsginaslar öz əskini tapıb. Əzilmiş və parçalanmış vəziyyətdə olan xeyli sayda 1, 5 və 50 AZN olan pul vahidləri paytaxtdakı zibil qutularından birində aşkarlanıb.

Milli valyutanın acınacaqlı halını əks etdirən görüntülər onlayn platformalarda paylaşılaraq səs-küy yaradıb.

Belə ki, pulların zibil qabına atılması sosial şəbəkə istifadəçilərini qəzəbləndirib. Onlar əsginasların banklarda yenisi ilə əvəzlənə biləcəyi halda, zibil qabına atılmasına etiraz ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir