Dünya

Amerikalı mediamaqnat məşhur şirkətlərin rəhbəri vəzifəsini tərk edir

Sharing is caring!


Məşhur “Fox Corporation” və “News Corp” şirkətlərinin rəhbəri, amerikalı mediamaqnat Rupert Merdok vəzifəsini tərk edəcəyini açıqlayıb.

“Bütün peşə həyatım boyunca mən hər gün xəbərlər və ideyalarla məşğul olmuşam və bu dəyişməyəcək”, – deyə Merdok işçilərə yazdığı xatirə dəftərçəsində bildirib.

“Ancaq bizim həqiqətən istedadlı komandalarımızın olduğunu bildiyim üçün mənim üzərimə fərqli rollar almağımın vaxtı çatıb”, – deyə o əlavə edib.

İndi hər iki şirkətin yeganə sədri Rupert Merdokun oğlu Laxlan Merdok olacaq. Merdok öz oğlunu “istəkli və prinsipial lider” adlandırıb.

Qeyd edək ki, 1950-ci illərdə qəzet biznesi ilə məşğul olmağa başlayan 92 yaşlı mediamaqnat 1985-ci ildə neftçi Marvin Devisdən 600 milyon dollara “Twentieth Century Fox”u satın aldıqdan sonra Hollivudun nəhəng top-menecerinə çevrilib. 1986-cı ildə Merdok bir neçə ABŞ televiziya şirkətini alaraq “Fox Broadcasting”i yaradıb və daha sonra telebizneslə məşğul olmağa başlayıb.

1996-cı ildə fəaliyyətə başlayan “Fox News” nəticədə Amerikada 1 nömrəli kabel xəbər kanalına çevrilib.

Mənbə: CNN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir