Cəmiyyət

Bakıda üç avtomobil toqquşub, sürücü ağır xəsarət alıb – FOTO

Sharing is caring!

Bakının Binəqədi rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Azadlıq prospektindəki dairədə qeydə alınıb.

Əli Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə dairəyə daxil olub. Həmin maşının sürücüsü ilə parelel olaraq “Kia” markalı nəqliyyat vasitəsi də dairəyə daxil olub. Yol hərəkəti qaydalarını pozan hər 2 sürücü işıqforun qırmızı işığından keçərək “Mercedes” markalı avtomobilə çırpılıb.

Əraziyə Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsi və İdarənin əməkdaşları cəlb edilib. “Kia” markalı maşının sürücüsü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Yol Patrul Xidmətinin əməkdaşları APA-nın müxbirinə bildiriblər ki, “Kia” və “Opel” markalı avtomobillərin sürücüləri yol hərəkəti qaydalarını pozub. Qəzaya uğramış hər 3 avtomobil cərimə meydançasına yerləşdirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir