MARAQLI

Britaniya nəşri Rusiyanın nə qədər nüvə silahına malik olduğunu yazdı: “Dünyanı məhv edə bilər”

Sharing is caring!

“Rusiya Prezidenti Vladimir Putin Qərbə xəbərdarlıq edib ki, Rusiya texniki cəhətdən nüvə müharibəsinə hazırdır və ABŞ Ukraynaya qoşun göndərərsə, bu addım müharibənin əhəmiyyətli dərəcədə eskalasiyası kimi qiymətləndiriləcək”.

Bu sözlər məşhur Britaniya nəşri “Reuters”də dərc olunan məqalədə deyilib.

Nəşr Rusiyanın nüvə arsenalının sayı ilə bağlı əsas faktları sadalayıb.

“Sovet İttifaqının nüvə silahlarını miras qoyduğu Rusiya dünyada ən böyük nüvə başlıqları ehtiyatına malikdir.

Amerika Alimlər Federasiyasının (FAS) məlumatına görə, Putin 5580 nüvə başlığına nəzarət edir.

Bunlardan 1200-ə yaxını istismardan çıxarılsa da, zədəli deyil. Təxminən 4380-ı isə uzaqmənzilli strateji buraxılış qurğularının və daha qısamənzilli taktiki nüvə qüvvələrinin istifadəsi üçün ehtiyatda saxlanılır.

Ehtiyatda olan döyüş başlıqlarından 1710 ədəd strateji döyüş başlığı yerləşdirilib ki, bunlardan təxminən 870-i quruda yerləşən ballistik raketlərdə, 640-ı sualtı qayıqlardakı ballistik raketlərdə və ehtimal ki, 200-ü də ağır bombardmançı bazalardadır”, – deyə nəşr qeyd edib.

“Belə rəqəmlər o deməkdir ki, Moskva dünyanı məhv edə bilər”, – deyə yazıda vurğulanıb.

Nəşrin məlumatına görə, Soyuq müharibə illərində ABŞ-nin nüvə başlığı 30 minə yaxın olduğu halda, Sovet İttifaqının pik nöqtəsi təxminən 40 min nüvə başlığı təşkil edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir