Cəmiyyət

Yevlax-Bərdə magistralında avtomobil ağaca çırpılıb, üç nəfər xəsarət alıb

Sharing is caring!

Yevlax-Bərdə avtomobil yolunda yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində 1997-ci il təvəllüdlü Z.Abdullayev, 1996-cı il təvəllüdlü E.Məmmədli və 1997-ci il təvəllüdlü İ.Yenalıyev xəsarət alıb. Hər üç yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir