Cəmiyyət

Ravvin Şnayer: “Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun parlaq nümunəsidir”

Sharing is caring!


“Azərbaycan dinlərarası və mədəniyyətlərarası dinc yanaşı yaşamanın parlaq nümunəsidir”.

Bunu “Report”un Astanaya ezam olunmuş müxbirinə açıqlamasında Qazaxıstanda keçirilən Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XXI sessiyasında iştirak edən ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi ravvin Mark Şnayer deyib.

“Azərbaycanla xüsusi əlaqələrimiz var. Hesab edirəm ki, Azərbaycan müsəlman dünyasında dinlərarası, mədəniyyətlərarası əməkdaşlıq və dinc yanaşı yaşamanın parlaq nümunəsidir. Uzun illərdir ki, Azərbaycanın təşkil etdiyi müxtəlif dinlərarası dialoq forumlarında iştirak etmək şərəfinə nail olmuşam və Bakıya yenidən səfər etməyi səbirsizliklə gözləyirəm. Azərbaycanı dəstəkləyir, ölkənizlə və onun rəhbərliyi ilə həmrəy olduğumu bildirirəm. Bakı mənim üçün ikinci ev kimidir və oraya qayıtmağı səbirsizliklə gözləyirəm”, – o vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir