Dünya

Həddindən artıq bal yeyən ayı özündən getdi – VİDEO

Sharing is caring!

Türkiyənin Düzce əyalətində qonur ayı bal təsərrüfatına hücum edib.

Hadisə yerinə özünü çatdıran fermer ayını orada yarımhuşsuz vəziyyətdə aşkar edib.

Belə ki, pətəklərdə olan balın hamısını yeyən ayının təzyiqi kəskin qalxıb və heyvan özündən gedib.  

Fermer ayının həyatını xilas etmək qərarına gəlib, onu pikap tipli avtomobilinə mindirərək şəhərin mərkəzinə, baytarın qəbuluna aparıb.

Qonur ayıya bütün lazımi yardım edilib və o, təbiətə buraxılıb.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir