Cəmiyyət

Ağstafada avtomobil qəzasında bir ailənin 3 üzvü xəsarət alıb

Sharing is caring!

Ağstafada iribuynuzlu heyvanın magistral yola çıxması yol-nəqliyyat hadisəsi ilə nəticələnib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Saloğlu qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili qarşısına çıxan iribuynuzlu heyvanı vurub.

Hadisə nəticəsində avtomobildə olan bir ailənin üç üzvü – 1984-cü il təvəllüdlü Ş.Şuşanidze, 1963-cü il təvəllüdlü M.Ukavadze və 1967-ci il təvəllüdlü F.Ələsgərova xəsarət alıblar.

Yaralılar xəstəxanaya aparılıblar.

Avtomobilin sürücüsü və daha bir sərnişin isə xəstəxanaya getməkdən imtina ediblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir