Cəmiyyət

FHN əməkdaşı qəza törətdi: Qardaşı arvadı öldü

Sharing is caring!

Ötən gün ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, avqustun 5-i saat 12:00 radələrində Ələt-Astara yolunun 12-ci kilometrliyində 1985-ci il təvəllüdlü E.Ağayev idarə etdiyi “Nissan” markalı maşını aşırıb. 

Avtomobilin içərisində olan sərnişinlərdən biri, sürücünün qardaşı arvadı, 1988-ci ilə təvəllüdlü A.Ağayeva hadisə yerində ölüb.

Özü və qardaşı oğlu 2007-ci ilə təvəllüdlü Ə.Ağayev yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, sürücü E.Ağayev Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Bölməsində çalışır.  

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir