Cəmiyyət

Şirvan sakinlərindən icra hakimiyyətinə quduz itlə bağlı şikayət: Problemi “həll edən” peşman oldu – VİDEO

Sharing is caring!

Sosial şəbəkələrdə Şirvan şəhəri ərazisində sahibsiz küçə itinin öldürülməsi ilə bağlı görüntülər paylaşılıb. 

Oxu.Az xəbər verir ki, paylaşılan görüntülərdə kişi silah vasitəsilə iti öldürür. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülərdə iti tüfənglə öldürən şəxs artıq müəyyən edilib və barəsində araşdırmalar aparılıb.

Araşdırmalar zamanı məlum olub ki, Şirvan şəhəri Bülbül küçəsində yaşayan bir neçə sakin Şirvan Şəhər İcra Hakimiyyətinə müraciət edərək, küçədə sahibsiz gəzən bir itdə quduzluq əlamətləri olduğunu, sakinlərə və azyaşlı uşaqlara hücum etdiyi bildiriblər.

Vətəndaşların müraciəti əsasında şəhər Kommunal Təsərrüfat İdarəsinin əməkdaşı Varis Quliyev həmin küçədə olub və ona təhkim olunmuş xidməti ov silahı ilə həmin iti zərərsizləşdirib.

Lakin V.Quliyevin əməlində İXM-nin 520-ci (yaşayış məntəqəsində və xüsusi olaraq ayrılmamış yerlərdə, yaxud müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açma) və  589-cu (xidməti silahın saxlanması, gəzdirilməsi və ya təyinatı üzrə istifadə edilməsi qaydalarının pozulması) maddələrinin tərkib əlamətləri olduğu üçün barəsində inzibati icraat başlanılıb və araşdırmalar davam etdirilir.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir