İqtisadiyyat

Hafiz Paşayev: “Xəzəryanı dövlətlər birgə enerji layihələri üzərində işləyə bilərlər”

Sharing is caring!

“Xəzəryanı dövlətlər birgə enerji layihələri üzərində işləyə bilər”.

“Report” xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev 16 saylı Bakı Yay Enerji Məktəbinin (Baku Energy School) bağlanış mərasimi zamanı deyib.

Rektor Azərbaycanın neft-qaz bazarında mühüm yer tutduğunu və bunun əsasının 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulduğunu vurğulayıb.

H.Paşayev Bakı Yay Enerji Məktəbinin müsbət fəaliyyətini də qeyd edib: “Mən proqram direktorumuzdan xahiş edərdim ki, məktəbin gələcək proqramı haqqında düşünsün və onu yeni reallıqlara uyğunlaşdırsın”.

Daha sonra yay enerji məktəbinin iştirakçılarına sertifikatların təqdim edilməsi mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov da iştirak edib.

Qeyd edək ki, tədbir İnkişaf və Diplomatiya İnstitutu (IDD), SOCAR, “BP Azerbaijan”, “Kolin”, “Мasdar” və “TotalEnergies” şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilib və bu il yay məktəbində 12 ölkədən 42 nəfər iştirak edib.

Xatırladaq ki, Bakı Yay Enerji Məktəbi 2007-ci ildən bəri hər il keçirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir