Cəmiyyət

Quba – Xaçmaz yolunda dəhşətli qəza: Ölən və yaralananlar var – FOTO

Sharing is caring!

Xaçmaz rayonunda zəncirvari qəza olub, iki nəfər ölüb. 

Oxu.Az xəbər verir ki, hadisə Xaçmaz – Quba yolunun rayonun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “BMW” və “Toyota Prado” markalı minik avtomobilləri ilə “KamAZ” markalı yük maşını hərəkətdə olan zaman toqquşub. 

Nəticədə “Toyota Prado” markalı maşının sürücüsü, 1962-ci il təvəllüdlü Cəlil Çilan oğlu Güləhmədov hadisə yerində ölüb.

Xəsarət alan “BMW” markalı avtomobilin sürücüsü, Quba rayon Barlı kənd sakini, 1985-ci il təvəllüdlü Zaur Nüsrət oğlu Quliyev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Zaur Quliyev və Cəlil Güləhmədovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir