Cəmiyyət

Bakıda sahibi tapılmayan ərazi: Məhv olan yaşıllığa kim cavabdehdir? – VİDEO

Sharing is caring!

Paytaxtın Sulutəpə dairəsi adlanan ərazidə yaşıllıq məhv olur.

Bir neçə il əvvəl bura şam ağaclarından ibarət yaşıllıq zonası olsa da, artıq həmin ərazidən əsər-əlamət qalmayıb. Ağacların yarısından çoxu quruyub və aşıb.

Sakinlər bildiriblər ki, ərazi Binəqədi Rayon İcra Hakimiyyətinin tabeliyindədir.

Qurum həmin yerin Abşeron rayonuna aid olduğunu bildirib. Abşeron RİH-dən isə əraziyə cavabdeh olmadıqları deyilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən cavab da fərqli olmayıb. Onlar da məsələyə münasibət bildirməkdən boyun qaçırıblar.

Elə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də mövqeyi əvvəlkilərdən fərqli olmayıb. Ağacların qurumasının nazirliyə heç bir aidiyyəti olmadığı deyilib.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir