Cəmiyyət

İtləri avtomobilə bağlayıb sürüdülər – VİDEO

Sharing is caring!

Bərdə rayonunda itlərə işgəncə verilib.

Oxu.Az-ın məlumatına görə, itləri avtomobilə bağlayıb yolboyu sürüyüblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, heyvanlara qarşı zorakılığı əks etdirən görüntülərlə bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalar başlanılıb:

“Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək və ictimaiyyət məlumatlandırılacaq”.

Qeyd edək ki, ötən gün Neftçala rayonunda da Cəsarət Bayramov və Kənan Dünyamalıyev bel ilə vəhşi heyvanın başına vuraraq işgəncə verib öldürmüşdülər.  

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir