Cəmiyyət

Şəmkirdə birmərtəbəli evdə yanğın baş verib

Sharing is caring!

Şəmkir şəhərində ümumi sahəsi 120 kvadrat metr olan kürsülü birmərtəbəli dörd otaqlı evin bir otağında yataq dəsti və bir m² sahədə döşəmə yanıb, otağın pənçərə çərçivəsi və tavanı iki kvadrat metr sahədə qarsalanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir