Siyasət

Qriqoryan: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə dair iki mətn var”

Sharing is caring!

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə dair iki mətn var”.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan brifinqdə jurnalistlərin qarşısında çıxış edərkən söyləyib.

O bildirib ki, bir variantı Rusiya, digərini Azərbaycan təklif edib:

“Qərb danışıqlar üçün şərait yaratmağa çalışdı. Moskva da bunu edir. Ermənistan və Azərbaycan isə sülhə nail olmaq üçün hər şeyi etməlidir”.

A.Qriqoryan həmçinin söyləyib ki, rəsmi İrəvan nə Brüsseldən, nə Vaşinqtondan, nə də başqa paytaxtlardan Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması barədə sənəd alıb.

Mənbə: Sputnik Ermənistan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir