Cəmiyyət

Bakıda pakistanlılar arasında kütləvi dava

Sharing is caring!

Bakıda əcnəbi vətəndaşlar arasında kütləvi dava olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakının Nəsimi rayonu, Lev Tolstoy küçəsində yerləşən “Pakistan” restoranında qeydə alınıb.

Restorana yeyib-içməyə gələn Pakistan vətəndaşları Mohomod Bud, Muşdaq Kashifi və Nasir adlı şəxs arasında düşən davada bir nəfər ağır xəsarət alıb. 

Baş verən hadisə ilə bağlı polisə məlumat verilib.

Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir