Cəmiyyət

Göyçayda QƏZA: Avtomobil traktora çırpıldı

Sharing is caring!

Göyçayda avtomobil traktora çırpılıb.

Oxu.Az-ın məlumatına görə, Göyçay rayonunun Kürdəmiş kəndi ərazisində VAZ-2106 markalı avtomobil gecə saatlarında yolun kənarında dayanan traktora çırpılıb.

Nəticədə VAZ-ın sürücüsü Valik Səmədov və sərnişinləri, Çaxırlı kənd sakinləri -1969-cu il təvəllüdlü Sənan Səlimov və 1977-ci il təvəllüdlü Elşad Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir