Cəmiyyət

Qubadlının Şurnuxu kəndi – FOTOREPORTAJ

Sharing is caring!

1593-cü ildə osmanlıların tərtib etdikləri müfəssəl dəftərdə Urud livası Muğancıq nahiyəsində qeydə alınan bu kəndin adı “Şornoxud”dur.

Söhbət Qubadlının Şurnuxu kəndindən gedir.

Kənd Gorus rayon mərkəzindən 17 km cənub-şərqdə, Şurnuxu çayının sol sahilində, meşənin içərisində, Qafan-Gorus magistral yolunun sağ tərəfində, Ağbulaq, Şamsız, Şahverdilər və Çayzəmi kəndlərinin yaxınlığında yerləşir. Kənddə 1831-ci ildə 84 nəfər, 1904-cü ildə 117 nəfər, 1914-cü ildə 104 nəfər azərbaycanlı yaşayıb. 

4 yanvar 2021-ci ildə Şurnuxu kəndinin Azərbaycan sərhədlərinə düşən hissəsində (12 evlik ərazidə) Azərbaycan bayrağı sancıldı və həmin hissə Qubadlı rayonunun tərkibinə salındı.

“Global Photo Stock”un əməkdaşı ərazidən fotolar lentə alıb.

Həmin görüntüləri təqdim edirik:

Daha çox şəkil burada: Photostock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir