Cəmiyyət

Azərbaycanda havanın temperaturu 41 dərəcəyədək artacaq

Sharing is caring!

İyulun 11-ə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25°, gündüz 33-38°, Bakıda gecə 22-24°, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava hökm sürəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25°, gündüz 35-39°, bəzi yerlərdə 41°, dağlarda gecə 8-13°, gündüz 23-28° isti olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir